Icma.az
close
up
RU
Müharibəni biz seçməmişik, ABŞ Ukrayna rejiminin əlilə Rusiyaya hücum edib Sergey Lavrov

Müharibəni biz seçməmişik, ABŞ Ukrayna rejiminin əlilə Rusiyaya hücum edib Sergey Lavrov

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Rusiyanın bəyanatlarının arxasında Moskvanın imperiya layihəsi, bunun da mərkəzində Ukraynanı dünya xəritəsindən silmək ideyası dayanır..."

Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ölkələri XİN rəhbərlərinin iki günlük sammiti keçirilir. Sammitdə Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edir. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan onun Avropa İttifaqına ilk səfəridir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

2022-ci ildə ATƏT sammiti Polşada keçirilib, o zaman bu ölkə Lavrovu öz ərazisinə buraxmaqdan imtina edib, bu da Rusiyanın qəzəbinə səbəb olub.

Dünən Polşa XİN rəhbəri Radoslav Sikorski bəyan edib ki, Maltada Lavrovla "heç bir danışıq" olmayacaq və Rusiyanən nədən hələ də bu təşkilatın üzvü olduğu barədə sual edib.

Malta nümayəndəsi buna cavabında deyib ki, Lavrovun səfərinə qadağa mövcud deyil və o, "bəzi kanalları açıq saxlamaq üçün" dəvət edilib.

Təbii ki, Lavrov vəziyyətdən istifadə edərək bir sıra vacib məsələlər barədə Moskvanın mövqeyini izah etməyə çalışıb. O, Rusiyanın Ukraynaya qarşı müharibəsini şərh edərkən bəyan edib ki, Rusiyanın heç bir günahı yoxdur.

"Hazırda ABŞ Ukrayna rejiminin əlilə bizə hücum edib, bizə qarşı Ukrayna neonasistlərinin gücü ilə müharibə aparır, onları silahlandırır, bizim ərazilərimizi uzaqvuran silahlarla atəşlərə məruz qoymaqda onlara kömək edir, belə atəşlərin hazırlanmasında birbaşa iştirak edir", - Lavrov deyib.

Nazirin sözlərinə görə, Rusiya müharibəni seçməyib, "ABŞ Ukraynanı təhlükələr yaratmaq üçün platsdarma çevirib". Bundan başqa, Lavrov bugünkü "soyuq müharibə"nin "qaynar faza"ya keçə biləcəyini bəyan edib və ABŞ-ı ATƏT üzərində nəzarəti ələ keçirməsində ittiham edib.

"Tam ciddiliyi ilə xəbərdarlıq etmək istəyirəm: hələ ki, konsensus mövcud olduğuna görə, hələ ki, hər bir dövlətin maraqlarının nəzərə alınması zəmanətləri olduğuna görə ATƏT mövcuddur. Hazırda nə konsensus var, nə də zəmanətlər. ATƏT Avropanın Avroatlantika təhlükəsizlik konsepsiyalarının köməyilə Birləşmiş Ştatlara tabe olmaq kursunun qurbanıdır", - Lavrov deyib.

Rusiya XİN rəhbərinin çıxışı sammitdə birmənalı qarşılanmayıb. Belə ki, Ukrayna, Latviya, Litva, Estoniya, Polşa və Çexiya nümayəndələri Lavrovun çıxışı zamanı zalı tərk edib. Bəziləri çıxışı sonadək dinləməyib, rusiyalı nazirin bəyanatlarını yalan adlandırıb.

O cümlədən, Almaniya XİN rəhbəri Annalena Berbok deyib ki, bütün bunlar "dözülməz yalandır". "Siz özünüzü aldada bilərsiniz, amma biz Avropada 1, 3 milyardıq, bizi aldada bilməyəcəksiniz", - o, bəyan edib.

ABŞ Dövlət katibi Entoni Blinken Lavrovun fikirlərini "dezinformasiya sunamisi" adlandırıb. O, vurğulayıb ki, Rusiyanın Ukrayna və Qərb tərəfindən onun təhlükəsizliyinə təhdidlərlə bağlı bəyanatlarının arxasında əslində Moskvanın "imperiya layihəsi", bunun da mərkəzində "Ukraynanı dünya xəritəsindən silmək" ideyası dayanır.

O, xatırladıb ki, məhz Moskva Avropada KXDR qoşunlarını yerləşdirməklə, Ukraynaya qarşı orta mənzilli ballistik raket tətbiq etməklə və onun energetikasına zərbələr endirməklə eskalasiya törədib. Bundan başqa, Rusiya nüvə silahının tətbiqi həddini aşağı salıb:

"Cənab Lavrov hər bir ölkənin öz seçimini etmək hüququ barədə danışır. Elə söhbət də məhz bundan gedir, söhbət Ukraynanın və Ukrayna xalqının öz gələcəyi ilə bağlı Moskva və onun rəhbərliyinin deyil, özünün seçim etmək hüququndan gedir".

Blinken bəyan edib ki, Lavrov "dinləyiciləri dezinformasiya sunamisinə qərq edir", həmçinin Rusiyanı bu yaxınlarda Moldova və Rumıniyada keçirilən seçkilərə müdaxilə etməkdə ittiham edib.

"O, təhlükəsizliyin bölünməzliyi barədə danışır. Bu, doğrudur, amma bu, tək qapıya oyun ola bilməz, bu, Ukrauna üçün deyil, Rusiya üçün yaxşıdır.

Gəlin, özümüzü aldatmayaq, nə ona, nə də kimsəyə bizi aldatmağa imkan verməyək. Bu, Rusiyanın təhlükəsizliyi məsələsi deyil və heç vaxt da olmayıb. Bu, cənab Putinin Ukraynanın dünya xəritəsindən silinməsi ilə bağlı imperiya layihəsidir", - o, deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri