Icma.az
close
up
RU
Rusiya Ukrayna ilə müharibə aparır, Amerika Birləşmiş Ştatları qazanır və Qərb ölkələri qorxu çəkir

Rusiya Ukrayna ilə müharibə aparır, Amerika Birləşmiş Ştatları qazanır və Qərb ölkələri qorxu çəkir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın dünyanın digər ölkələrinə qarşı təhdidləri davam edir. Qərb ölkələrini vaxtaşırı təhdid edirlər. Hətta bu sahədə Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev fərqlənir. Medvedyev Kremldən aldığı göstərişlər sayəsində belə çağırışları artırır, öz yazıları ilə Qərb ölkələrini digər ölkələri də təhdid edir.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Rusiyanın apardığı təcavüzkar siyasət onu göstərir ki, onlar müharibəni tezliklə bitirmək istəmirlər: “Baxmayaraq ki, ABŞ prezidenti Donald Tramp buna hakimiyyətə gələndən bəri cəhdlər edir, ancaq hələlik heç nə əldə edilməyib. Bu səbəbdən Donald Tramp Putin haqqında fikirlərini dəyişəcəyini və müəyyən işlər görəcəyini artıq bəyan edib”.

Elşad Həsənov

Elşad Həsənov hesab edir ki, yaxın günlərdə ABŞ Konqresin və Senatın hazırladığı ciddi sanksiyaları qəbul etmək zorunda qalacaq.

“Donald Tramp indiyə qədər bunu etmirdi və hesab edirdi ki, diplomatik danışıqlar sayəsində Rusiya müharibəni dayandıracaq. Ancaq görünən odur ki, Rusiya müharibəni dayandırmır və Trampla görüşdən sonra dron-raket hücumlarının sayını artırıb. Bütün bunlar təbii ki, Donal Trampa məruzə olunub. O da bunlardan məmnun olmadığını artıq bildirir”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi artıq il yeddi aydır davam edir və artıq bəzi analitiklər Rusiyanın özünün proksi qüvvəyə çevrildiyini bildirir.

“Bəli, artıq aparılan analizlər onu göstərir ki, Rusiya məhz Çinin proksi qüvvəsidir. Çin Rusiyanın şərqini demək olar ki, artıq işğal edib. Yəni "mədəni" işğal edib. Artıq orda çinlilər yerləşiblər, onlar böyük işlər görürlər. Rusiyanın minlərlə hektar torpaqları çinlilərə 99 illik icarəyə verilib. Bu haqda rusiyapərəst, millətçi qüvvələr açıq-aşkar "YouTube" kanallarında çıxış edirlər. Putinin "satqınçılıq" ideyasını ifşa edirlər. Artıq bildirilir ki, məhz Putin elə Rusiyanı dağıtmaq üçün hakimiyyətdədir və bunu çox asanlıqla, çox ustalııqla edir.

Rusiya imperiyası dünya üçün bir təhlükədir və bu təhlükəni də, öz əlləri ilə yıxırlar. Məhz elə Rusiyanın Ukrayna ilə müharibə aparması da Rusiyanı bataqlığa salmaq deməkdir və Rusiyanı gələcəkdə dağıtmaq deməkdir. Çünki Rusiya-Ukrayna müharibəsinin əsas təşkilatçılarından biri Amerika Birləşmiş Ştatları oldu. Amerika Birləşmiş Ştatları Ukraynanın arxasında duracağını bildirdi, onlara silahlar verdi. Elə Trampın birinci hakimiyyəti dövründə tank əleyhinə raketlər verildi və Bayden hakimiyyəti dövründə də Ukraynaya lazımi yardımlar göstərildi ki, onlar Rusiyanın qarşısını ala bilsinlər. Maraqlı məqam budur ki, bu müharibədə ABŞ qazanır. Qərb ölkələri artıq təşviş içindədir. Onlar bilirlər ki, əgər Rusiya Ukraynanı işğal etsə, o zaman növbə onlarındır. Ona görə də onlar son zamanlar hərbi doktrina qəbul edərək Ukraynaya ciddi yardım edirlər. Donald Tramp hakimiyyətə gələndən sonra Ukraynaya silah verməyi dayandırıb. Ancaq ABŞ prezidenti Avropa ölkələrinə, NATO ölkələrinə satmaq haqqında qərar qəbul edib. Artıq həmin NATO ölkələri silah alıb Ukraynaya verirlər. Elə son günlər iki milyard dollarlıq ABŞ-dan silahlar alındı, raketlər alındı və Ukraynaya çatdırılıb. Son zamanlarda Ukrayna hərbçiləri bir neçə ərazini Rusiya işğalından azad etməyə müvəffəq olublar”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri