Icma.az
close
up
RU
Müharibənin əsas tərəfdarı yeni plan qurur KONKRET

Müharibənin əsas tərəfdarı yeni plan qurur KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İran və ABŞ arasında gərginlik hərbi müstəvidə davam etsə də, paralel olaraq diplomatik kanallar da aktiv şəkildə işləyir. Regionda artan risklər, xüsusilə enerji təhlükəsizliyi və strateji keçidlər üzərində nəzarət məsələsi tərəfləri həm qarşıdurmaya, həm də danışıqlara məcbur edir. Mövcud vəziyyət fonunda əsas sual belədir: tərəflər kompromisə gələ biləcək, yoxsa münaqişə daha geniş miqyas alacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda İran və ABŞ arasında müharibə davam etsə də, vasitəçilər üzərindən danışıqlar da paralel şəkildə aparılır.

Onun sözlərinə görə, tərəflər müəyyən məsələlər ətrafında müzakirələri davam etdirir:

“Hazırda həm hərbi toqquşma var, həm də diplomatik təmaslar kəsilməyib. Tərəflər vasitəçilər üzərindən müəyyən razılaşma variantlarını müzakirə edirlər. Bundan əlavə, Donald Tramp enerji obyektlərinə qarşı hücumların 10 gün müddətinə dayandırılması ilə bağlı qərar verib ki, bu da danışıqlar üçün müəyyən imkan yaradır”.

Politoloq qeyd edib ki, əsas mübahisə mövzularından biri də Hörmüz boğazı üzərində nəzarət məsələsidir. İran bu ərazidə suveren hüquqlarının tanınmasını tələb edir, ABŞ isə beynəlxalq nəzarətin tətbiqini təklif edir.

Ekspertin fikrincə, diplomatik proseslər nəticəsində ortaq məxrəcə gəlmək ehtimalı var:

“Danışıqlar davam edərsə, tərəflər müəyyən kompromis əldə edə bilərlər. Lakin burada digər aktorların da mövqeyi önəmlidir. İsrail müharibənin davam etməsində maraqlı tərəflərdən biridir”.

SEPAH generalları anlayır ki, danışıqlardan imtina edilərsə, ABŞ İranın enerji infrastrukturuna ciddi zərbələr endirəcək. Bu səbəbdən onlar da müəyyən kompromis variantlarına açıqdır”.

Politoloq mümkün nəticələrə də toxunub. Onun sözlərinə görə, proseslərin yekunu İranın gələcək siyasətinə ciddi təsir göstərəcək:

“Gözlənilir ki, İran əvvəlki kimi aqressiv xarici siyasət yürütməyəcək. Proksi qüvvələrə dəstəyin azaldılması, nüvə silahı əldə etməmək öhdəliyi və region ölkələrinə qarşı daha ehtiyatlı siyasət əsas nəticələrdən ola bilər.”

Ekspert hesab edir ki, qarşıdakı dövr həm hərbi, həm də diplomatik baxımdan həlledici olacaq. Münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi isə əsasən tərəflərin kompromisə nə dərəcədə hazır olmasından asılıdır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri