Icma.az
close
up
RU
Müharibənin üç ili: ağır fəlakət, acı təcrübə

Müharibənin üç ili: ağır fəlakət, acı təcrübə

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasından tam 3 il ötür. Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi - hərbi təcavüzü 2022-ci il fevralın 24-də başlayıb. Bu üç il ərzində Ukrayna da, elə Rusiya da yetərincə ağır zərər gördülər. Amma hələ də savaşın tezliklə dayancağı gözlənilmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində türk həmkarı Hakan Fidanla görüşdən sonra müharibənin bitməsinə dair şərt irəli sürüb. O deyib: "Rusiya həm Ukrayna ilə, həm də Avropa ilə danışıqlara hazırdır, amma hərbi əməliyyatlar yalnız nəticə Rusiyanı qane edəcək halda dayandırılacaq".

Yəni Rusiya sülh istəmir. Yaxud yalnız öz şərtlərində bir sülh istəyir. Bu isə Ukraynanın tam işğalı və bölünməsi deməkdir. Moskvanın bu yanaşması yeni deyil. Amma ABŞ-la Rusiya arasında Ukraynasız danışıqlardan sonra Kreml öz mövqeyini daha da sərtləşdirib və yalnız öz şərtləri təmin olunacağı halda müharibənin dayana biləcəyini deyir. Rusiya prezidenti Vladimir Putin də dəfələrlə deyib və bu günlərdə (ABŞ prezidenti Donald Tampla telefon danışığında) bir daha təkrarlayıb ki, "xüsusi hərbi əməliyyat" onu doğuran səbəblər aradan qaldırıldığı halda dayana bilər. Kremlə görə, əsas səbəblərdən biri Ukraynanın NATO-ya qoşulmaq istəməsidir. Moskva Ukraynanı neytral dövlət kimi görmək istəyir. Ukrayna prezidenti Volodimir Zelenski isə bildirir ki, müharibənin dayanması üçün istefa verməyə hazırdır. Amma bir şərti var: onun hakimiyyətdən getməsi Ukraynanın NATO-ya qəbul olunması ilə kompensasiya olunsun. Bununla Zelenski Amerikaya, xüsusilə də, Avropalılara demək istəyir: "Mən getsəm Rusiya ilə Avropalılar özləri vuruşmalı olacaq. Demək istəyir ki, onu hesabdan silməyə çalışanlar peşman olacaq.

Bu vəziyyət, əlbəttə, hər iki tərəfin - həm Rusiyanın, həm Ukraynanın sülh danışıqlarına heç də hazır olmadığını göstərir. Silahlı müharibəyə paralel olaraq, "əsəb müharibəsi" - psixoloji müharibə də gedir. Bu, hər münaqişədə müşahidə olunan bir haldır.

Paralel müharibədən danışdıq. Əslində Ukraynada - Ukraynanın ərazisində üç müharibə eyni vaxtda gedir. Bunlardan biri Rusiyanın Ukraynada özünü NATO təhlükəsindən - NATO-nun Şərqə, yəni Rusiyaya doğru (Rusiya əleyhinə) genişlənməsindən qorumaq uğrunda müharibəsidir. O biri ABŞ-ın Rusiyanı zəiflətmək və Çini dayandırmaq, eləcə də, Ukraynanın sərvətlərinə nəzarəti ələ keçirmək uğrunda müharibəsidir. Üçüncü müharibə isə Avropa İttifaqının və Böyük Britaniyanın Avropa qitəsini Rusiya təhlükəsinə qarşı birləşdirmək, Ukrayna üzərindən Avrasiyaya doğru uzanmaq, postsovet coğrafiyasının Avropa yaxasını Rusiya ilə öz arasında bufer zonayaya çevirmək uğrunda müharibəsidir. Bütün bunların içində isə Ukraynanın öz ərazi bütövlüyünü, hətta dövlət müstəqilliyini Rusiyadan qoruyub saxlamaq uğrunda mübarizəsi də var.

Beləliklə, üç il bundan qabaq başlamış savaşda Ukraynaya təhlükə əvvəlcə Qərbdən - Avropadan, Bayden Amerikasından, NATO-dan gəlmişdi, sonra Rusiyadan və Çindən gəldi. Ukrayna faktik olaraq üç geopolitik güc arasında sıxışdı qaldı. Bu ölkə ABŞ, Avropa və Rusiya üçün silahlı münaqişə poliqonuna, eləcə də, Çun üçün səssiz müharibə meydanına çevrildi. Bu gün artıq o açıq qlobal toqüuşmanın üç ili tamam oldu, döndüncü ilə keçir.

Bu müharibə Ukraynanın özünə də, Ukrayna boyda və ondan kiçik başqa ölkələrə çox şey öyrətdi. Hər halda mən belə düşünürəm. Aydın göründü ki, əvvəla, dünyanın böyük gücləri bir-birinə qarşı qanlı, dağıdıcı savaşları artıq 20-ci əsrdəki kimi bir-birinin ərazisində aparmır, üçüncü ölkələrin ərazisində, üçüncü ölkələrin ordusu ilə aparır. İkincisi, bu müharibədə poliqon olaraq seçilmiş ölkənin maraqları heç də böyük gücləri maraqlandırmır, əksinə ərazisini poliqona çevirdikləri dövlətin maraqları hesabına sövdələşməyə gedə bilirlər. Buna görə də konkret halda hökumətlərin əsas vəzifəsi təkcə müharibədə ölkəsini qorumaq deyil, ən başlıcası, ölkəsini müharibədən qorumaqdır. Müharibə başlayandan sonra qəhrəman olmağa nə var ki?! Əsas olan müharibə başlamasın deyə qəhrəmancasına siyasi müstəvudə savaşmaqdır. Ukrayna bunu bacarmadı, müharibənin üçüncü ili başa çatdığı indiki vaxtda bölünmək, parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu, ağır fəkakət və acı təcrübədir. Xüsusilə, postsovet ölkələri üçün.

Elə Rusiyanın özü üçün də.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Fevral 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri