Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Müharibəyə söz ola bilməz, ancaq pulunu kim ödəyəcək?

Müharibəyə söz ola bilməz, ancaq pulunu kim ödəyəcək?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rüstəm Qaraxanlı yazır...

Respublikaçı senator Lindsi Qrem hesab edir ki, Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən ABŞ-nin Kiyevə etdiyi hərbi yardımın pulunu ödəməyin vaxtı çatıb. Ukraynanın o qədər maddi imkanları olmadığından, "borc"u təbii ehtiyatları ilə qaytara bilər. Təbii ehtiyatlar, yaxud faydalı qazıntılar Ukraynada həqiqətən də çoxdur. Məsələn, nadir minerallar səthi qiymətləndirməyə görə 2,7 trilyon dollar həddindədir. Odur ki, senator Qremin sözlərinə görə, ABŞ Ukraynaya bu müharibədə "kömək etməlidir". Ancaq bu "kömək" fərqli köməkdir...

Donald Trumpın yenidən ABŞ prezidenti seçilməsindən sonra Ukraynadakı müharibədən az-çox anlayışı olan hər kəsi maraqlandıran "Trampın Baydendən fərqi nə olacaq?" sualının cavabını respublikaçı senatorun bu açıqlamasında axtarmaq lazımdır. Təfərrüata varmadan gəlinəcək qısa nəticə budur: Trampla Baydenin fərqi ondadır ki, yeni prezident göndərilən silah-sursatın pulunu istəyəcək. Üzeyir bəy klassikasında olduğu kimi, hamama söz yoxdur, ancaq pulunu kim ödəyəcək?

Silah da bütün digər məhsullar kimi satılmaq və istifadə edilmək üçün istehsal olunur. Ukrayna ABŞ hərbi sənayesinin məhsullarından yararlanan yeganə ölkə deyil, elə həmin Avropanın özü bu müstəvidə Vaşinqtondan çox asılıdır. E5-i formalaşdıran Britaniya, Almaniya, Fransa, İtaliya və Polşa NATO-nun müdafiə xərclərinin ÜDM-in 3 faizlik həddində olması barədə razılıq əldə ediblər. Trampın ilk hakimiyyəti ərzində Avropadan istədiyi də məhz bu idi. Təhlükəsiz yaşamaq istəyirsiniz, bir zəhmət, haqqını ödəyin. Ödəmək istəyirsinizsə, pulunuz olmalıdır. E5-in birgə bəyanatında təsadüfən deyilmir ki, Ukraynaya kömək etməliyik, ancaq öz təhlükəsizliyimiz daha üstündür.

Ukraynanın dünya xammal bazarında önəmi olduqca böyükdür. Məsələn, Afrika üçün qida tədarükünün 50 faizi Ukraynanın payına düşür. Senator Qrem də hesab edir ki, ölkəsi Ukraynanı Rusiyanın işğalından qorumalıdır, ancaq bir şərtlə: əvəzini qaytarmaq lazımdır, özü də çox gecikdirmədən. "Tramp elə bir razılıq əldə etmək istəyir ki, pullarımız geri qayıtsın, faydalı qazıntılarla varlanaq. Bu, həm bizim üçün, həm də Ukrayna üçün yaxşı razılaşmalıdır" - deyə respublikaçı bildirib.

ABŞ-nin ənənələşmiş siyasi sistemi hakimiyyət dəyişikliyi nəticəsində xarici siyasətdə köklü fərqi istisna edir. Metodlar, vasitələr dəyişilə bilər, siyasət isə çətin. Əgər Buşlar Yaxın Şərqi açıq hərbi intervensiya ilə işğal edirdilərsə, Qəddafinin "öz övladımız" saydığı Obama bunu daha qanlı yolla - "Ərəb baharı" adını almış zəncirvari vətəndaş qırğınlarını stimullaşdırmaqla reallaşdırdı. Ona görə də Trampın gəlib Rusiyaya boyun əyib geri çəkiləcəyinə inanmaq sadəlöhvlüyün ən qatı təzahürüdür. Tramp həyatda hər şeyini bizneslə qazanmış uğur ekvivalentidir. ABŞ-nin verdiyi borcları ondan yaxşı kim artıqlaması ilə geri qaytara bilər? O, bu kontekstdə demokratlar üçün də bir xilas simvoludur, yol verdikləri bədxərcliyi arada qaldırmaq baxımından. Tramp respublikaçıların namizədi olsa da, böyük ölçüdə heç bir siyasi-ideoloji çərçivələrə sığmayan siyasətçidir. Onun hakimiyyəti illərinə baxışı seçki şüarında aydın əks olunur: Amerikanı yenidən güclü edək. Odur ki, iş adamı olan prezident ölkəsinin ən son sentini geri almaq üçün bütün imkanlara əl atacaq. Keçmiş iş adamı olmur, biznesmen elə həmişə biznesmendir...

"CBC NEWS"un keçirdiyi sorğuya görə, amerikalıların 51 faizi Ukraynaya hərbi yardımın dayandırlmasından yanadır. 49 faiz isə hesab edir ki, yardım davam etməlidir. Ancaq 69 faiz həm də bu qənaətdədir ki, Ukraynaya yardımın azaldılması yollarının axtarılması Tramp hakimiyyətinin prioritet vəzifəsi olmalıdır. Sorğunun nəticələrini sadə dilə tərcümə etdikdə senator Qremin dedikləri alınır. "Yardımın azaldılması yollarının axtarılması" "borcunuzu qaytarın"ın elektoral ifadəsidir. Borclu borclunun sağlığını istədiyindən, Tramp hakimiyyətinin müharibəyə yanaşması respublikaçı Qremin dediyi kimi, "Ukraynaya kömək etmək"dən ibarət olmalıdır...

Bu dünyada heç bir dövlət digərinə müftə heç nə vermir. Hətta Fransa belə "kiçik bacı"sı Ermənistana silahı pulla satır. II Dünya müharibəsindən sonra ABŞ bu mexanizmi püxtələşdirərək ən ideal formaya salıb: əlində-ovucunda nefti, qazı, faydalı qazıntıları olan, politkorrektlik naminə "az inkişaf etmiş", yaxud "inkişafda olan" dövlət adlandırılan ölkə üçün kredit kisəsini açıb borclandırmaq, bir qədər sonra isə əvəzini faizlə istəmək. Neftlə zəngin olan Ekvadorun boğazı ötən əsrin 80-ci illərində bu məngənəyə necə salınıbsa, hələ də qurtula bilmir. Ölkədə hasil olunan neftdən gələn gəlirlərin 75 faizi ABŞ-dən və iri maliyyə korporasiyalarından alınan kreditlərin faizlərinin bağlanmasına sərf olunur. Yerdə qalan pul isə ordu, polis və bürökratik aparatın saxlanmasına. Sosial, təhsil kimi ehtiyaclara isə cəmi-cümlətanı 2-3 faiz. Odur ki, Ukrayna üçün müharibə hələ indi başlayır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri