“Mükafatı Trampa verməyə hazıram” Nobel laureatından ABŞ prezidentinə jest
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Venesuelanın müxalifət lideri Mariya Korina Maçado ABŞ-ın keçmiş prezidenti Donald Trampı ölkədəki hadisələrə görə Nobel Sülh Mükafatı ilə təbrik etməyə hazır olduğunu bildirib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Maçado açıqlamasında Trampın Nikolas Maduronun həbsi ilə bağlı addımlarını tarixi adlandırarıb və bunu Venesuelada demokratik keçidə böyük töhfə kimi qiymətləndirib.
Maçado 2025-ci ilin oktyabrında Venesuelalıların demokratik hüquqlarını irəlilətmək sahəsindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatı ilə təltif olunub. Maçado Trampın ölkədə hüququn bərpası və demokratik proseslərin təşviqi istiqamətindəki rolunu vurğulamaq üçün həmin mükafatı ona təqdim etmək niyyətindədir.
Donald Tramp uzun illərdir özünün xarici siyasət təşəbbüslərini Nobel Sülh Mükafatına layiq hesab etdiyini bildirir. Prezidentliyi dövründə bir neçə dəfə Nobelə namizəd göstərilsə də, mükafatı hələ əldə etməyən Tramp bunu “ədalətsizlik” adlandırıb. Son aylarda isə Trampın bu mövzuya yenidən diqqət çəkməsi, onun siyasi nüfuzunu artırmaq və media diqqətini cəlb etmək strategiyası kimi qiymətləndirilir.
Maçadonun Trampı təbrik etməsi Venesueladakı siyasi böhran fonunda müxalifətin ABŞ-ın rolunu dəstəklədiyini göstərən diqqətçəkən bir hadisədir. Bu, həmçinin Trampın Latın Amerikasında nüfuzunu artırmaq cəhdləri ilə də bağlıdır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Nobel Sülh Mükafatı niyə Trampa verilməlidir?
13 Avqust 2025 14:45
Hillari Klintondan Trampa Nobel mükafatı şərti
15 Avqust 2025 19:57
Trampa Nobel mükafatı düşür? Putin CAVAB VERDİ
11 Oktyabr 2025 09:57
“Nobel” mükafatı köhnəlib?
06 Oktyabr 2025 21:37
“Nobel” mükafatı laureatlara təqdim
10 Dekabr 2024 17:31
Baxış sayı:26
Bu xəbər 06 Yanvar 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















