Icma.az
close
up
RU
“İstehsal etdiyimiz hər kubmetr beton güvənin və mükəmməlliyin simvoludur” Crystal Beton

“İstehsal etdiyimiz hər kubmetr beton güvənin və mükəmməlliyin simvoludur” Crystal Beton

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Müasir tikinti sektorunda  keyfiyyət sadəcə bir standart deyil, uğurun və müştəri məmnuniyyətinin açarıdır. Respublikanın öndə gedən tikinti şirkətlərindən biri olan "Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan "Crystal Beton" QSC məhz bu fəlsəfəni əldə rəhbər tutaraq, beton istehsalında keyfiyyəti və etibarlılığı daim üst  səviyyəyə qaldırır. Bu gün inamla söyləmək olar ki, ölkəmizdə aparılan bir sıra iri inşaat layihələrinə "Crystal Beton" QSC öz dəyərli töhfəsini vermişdir.

Şirkətin keyfiyyətin idarəedilməsi sistemi üzrə aparıcı mütəxəssisi Şəmistan Səlimli "Unikal" ilə söhbətində qazanılan uğurların səbəbləri və keyfiyyət məsələlərini açıqlayıb. 

-Şəmistan müəllim, "Crystal Beton" şirkətinin keyfiyyət idarəetmə sistemində başlıca  hədəfləriniz nədir və bu sistem necə təşkil olunub?

- "Crystal Beton" QSC olaraq bizim əsas məqsədimiz bazara yalnız yüksək keyfiyyətli və etibarlı məhsullar təqdim etməkdir. Bu məqsədlə hər bir iş prosesimiz, xüsusilə də keyfiyyətin idarəedilməsi  çox ciddi standartlara əsaslanır. Komandamızın hər bir üzvü məhsulun keyfiyyətinə tam şəkildə cavabdehdir. Hamımızın bir ümumi məqsədi var – bazara keyfiyyətli məhsul çıxartmaq və müştəri məmnuniyyətini təmin eləmək. Bu yolda  xammaldan son məhsula qədər, hər bir addımı diqqətlə nəzarətdən keçiririk.  Biz təkcə keyfiyyətdən danışmırıq – onu sübut edirik! Şirkətimiz İSO 9001 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 14001 (Ətraf Mühit İdarəetmə Sistemi) və İSO 45001 (Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi) sertifikatlarına sahibdir. Bu isə o deməkdir ki, məhsulumuzun hər bir hissəsi beynəlxalq standartlara uyğun hazırlanır, ətraf mühitin qorunmasına və işçi təhlükəsizliyinə maksimum diqqət yetirilir. 2024-cü ildə tullantıların azaldılması üzrə tətbiq etdiyimiz tədbirlər nəticəsində məhsulun tərkibində karbon izi 20% azaldılmışdır. 

 - Şirkətinizin beton istehsalında keyfiyyəti yeni səviyyəyə qaldırdığını qeyd edirsiniz. Buna necə nail olursunuz?

- Biz beton istehsalında yalnız keyfiyyətə deyil, həm də innovasiyaya böyük əhəmiyyət veririk. Hər bir beton qarışımı müasir laboratoriya testlərindən keçir və ən yüksək standartlara uyğunluğu dəfələrlə yoxlanılır. Laboratoriyamızda aparılan testlər və analizlər vasitəsilə məhsulun davamlılığı, möhkəmliyi və digər texniki xüsusiyyətləri ətraflı şəkildə qiymətləndirilir. Bu yanaşma bizə məhsulun keyfiyyətini daim yüksək səviyyədə saxlamağa imkan verir. Biz yalnız beton istehsal etmirik – biz güvən və davamlılıq inşa edirik. Təsadüfi deyil ki, 2024-cü il ərzində 200,000 kubmetr yüksək keyfiyyətli beton istehsal etmişik və bu, ölkənin ən böyük göstəricilərindən biridir. Mübaliğəsiz demək olar ki, istehsal etdiyimiz hər kubmetr beton güvənin və mükəmməlliyin simvoludur. 

- Keyfiyyət idarəetmə sistemində texnologiyanın rolu nə dərəcədə böyükdür? Xüsusi olaraq, Bitrix24 platformasından əməkdaşların istifadəsi haqqında nə deyə bilərsiniz?

- Yeni texnologiyalardan istifadə bizim üçün çox mühüm bir vasitədir. Keyfiyyətin idarə edilməsi proseslərini daha effektiv və şəffaf etmək üçün Bitrix24 platformasından geniş şəkildə istifadə edirik. Bu platforma vasitəsilə bütün komanda üzvləri arasında rabitə və əməkdaşlıq daha asan və sürətlə həyata keçirilir. Bu platforma bizə layihələrin idarəedilməsi, tapşırıqların paylanması, proseslərin monitorinqi və hesabatların hazırlanması kimi mühüm funksiyaları təqdim edir. Bu, həm vaxta qənaət, həm də yol verilən səhvlərin minimuma endirilməsi baxımından daha böyük üstünlük yaradır.    

- "Crystal Beton" QSC-nin gələcək üçün hədəfləri nədən ibarətdir? 

-  Bizim əsas hədəfimiz mükəmməllik yolunda hər zaman daha da inkişaf etmək və inşaat sektorunda mövqeyimizi qoruyub saxlamaqdan ibarətdir. Bunun üçün daim müasir innovasiyaları izləyir, yeni texnologiyalara sərmayə yatırır və komandamızın peşəkar inkişafına diqqət yetiririk. Həmçinin, müştərilərimizin tələblərini daha yaxşı anlamaq və onların gözləntilərini qarşılamaq üçün daim özümüzü təkmilləşdiririk. Biz inanırıq ki, yüksək keyfiyyət və davamlılıq təkcə bizim üçün deyil, bütün sektor üçün standart göstərici olmalıdır.

- Müsahibənin sonunda, "Crystal Beton" QSC-nin müştərilərinə və sektorun gələcəyinə mesajınızı bilmək istərdik. 

-  "Crystal Beton" QSC müştərilərinə  verdiyi sözə sadiqliyini hər zaman qoruyub saxlayır. Onların inamını qazanmaq və bu inamı qoruyub saxlamaq bizim üçün ən böyük mükafatdır. Sektorun gələcəyinə gəldikdə isə, inanırıq ki, yüksək keyfiyyət standartları və davamlılıq təkcə bizim deyil, bütün tikinti sənayesinin inkişafı üçün əsas şərtdir. Biz bu yolda öz rolumuzu oynamağa və sektorun inkişafına töhfə verməyə davam edəcəyik.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri