Azərbaycan dramaturqu, nasir, maarifçi Süleyman Sani Axundovun xatirəsi anılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 oktyabr, AZƏRTAC
Görkəmli yazıçı-dramaturq, pedaqoq, ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda Süleyman Sani Axundovun həyat və yaradıcılığı, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, akademik Rafael Hüseynovun “Həyat qədər təbii”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Sani Axundov” adlı məqalələrinin tam mətni təqdim edilir.
Kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən materialda Süleyman Sani Axundovun müəllifi olduğu, Azərbaycan və rus dillərində dərc edilən kitabların, onun haqqında qələmə alınan nəşrlərin biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin siyahısı sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində ədibin “Seçilmiş əsərləri”, “Qaraca qız”, “Nürəddin”, “Uşaqlıq həyatımdan xatirələr” kitabları ilə yanaşı “Ədəbiyyatdan əbədiyyətə”, “Şuşa mədəniyyətinin inciləri: Süleyman Sani Axundov”, “Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü...” kimi məqalələrin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/suleyman-sani-axundov-150 yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















