Mülki aviasiya heyətində işləyənlərin sığorta stajları ilə bağlı TƏKLİF
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək.
Oxu.Az xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən olunacaq.
Mövcud qanunvericilikdə isə bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.
Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















