Icma.az
close
up
RU
Mülkiyyət işlərində vətəndaşın xeyrinə qəbul edilən qərarlar ARTIB

Mülkiyyət işlərində vətəndaşın xeyrinə qəbul edilən qərarlar ARTIB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda son illər aparılan mülkiyyət hüququ sahəsində baş verən dəyişikliklər diqqət çəkir. Bu hüquq — yəni vətəndaşın qanuni olaraq sahib olduğu əmlaka müdaxilə edilməməsi — yalnız Konstitusiyada yazılmış prinsip deyil, eyni zamanda digər fundamental hüquqların da əsasını təşkil edir. Lakin təcrübə göstərir ki, bəzi hallarda bu hüququn həyata keçirilməsi müxtəlif çətinliklərlə üzləşir: bəzən "güclü tərəf" vətəndaşın mülkiyyətinə iddia edir, bəzən də ictimai ehtiyac adı ilə fərdi əmlaka müdaxilə olunur və kompensasiyalar ədalətli qaydada ödənilmir. Bütün bunlar mülkiyyət hüququnun real müdafiəsi məsələsini gündəmdə gətirir.

Son illərdə mülkiyyət hüququnun qorunmasında məmurların və digər "güclü tərəf"lərin xeyrinə qəbul edilən qərarların sayında azalma müşahidə edilir. 

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, məhkəmə sistemində müşahidə olunan dəyişikliklər bir neçə cəhəti ilə diqqəti cəlb edir.

"Əsas məsələlərdən biri də məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi, ədalətin insana yaxınlaşması prinsipi tətbiq edilməyə başlayır. Bu da çox əhəmiyyətlidir. Mülki işlərdə vətəndaş hüquqlarının daha həssas, dərin müdafiəsi, qərarların daha çox onların qanuni hüquqlarının və mənafelərinin təmin edilməsi şübhəsiz ki, məhkəməyə inam və etimadın artırılması ilə bağlı məsələdir".

Onun sözlərinə görə, bu təkcə qanunların dəyişməsi ilə bağlı məsələ deyil:

“Bu eyni zamanda məhkəmələrin insan mərkəzli yanaşmanı tətbiq etməsidir, insanın səsinə, onun haqq axtarışına daha qulaq asmağa başlanmasının əlamətidir. Artıq məhkəmə zalında ancaq iddiaçı və cavabdeh deyil, bəzən bir uşağın gələcəyi, bir qadının sabahı, bir yaşlının rahat nəfəsi də müzakirə olunur. Elə bu səbəbdəndir ki, normadan daha çox insan dəyərinə çevrilir. Bir zamanlar hüquq normalarının quru tətbiqi var idi, indi isə əsas məsələ hüquq normalarını insan dəyərinə çevrilməsidir. Bütün məsələlər məhz insan mərkəzli olmalıdır. Hüquqi dövlətin əsas prinsiplərindən biri də insan yönümlü dövlətə keçməkdir. Bu həm də siyasətin dönüş nöqtəsi adlanır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin çıxışlarda tez-tez səsləndirdiyi fikir var - vətəndaş məmnunluğu bizim əsas işimizdir. "Bizim siyasətimizin mərkəzində vətəndaş dayanır" fikri sadəcə bir çağırış yox, həm də yeni mərhələnin sloqanı idi. Artıq hüquqi dövlətdən danışanda təkcə normativ bazalar, qanunvericilik bazasının yetərli olması yox, həm də insan həyatı ilə ölçülən ədalətli modellər nəzərdə tutulur. Bu dönüş qeyd etdiyimiz kimi ən çox da məhkəmələrdən hiss olunmağa başlayıb. Xüsusilə də Ali Məhkəmənin rəhbərliyində olan dəyişikliklər, Məhkəmə Hüquq Şurası haqqında qanuna edilən əhəmiyyətli dəyişikliklər şübhəsiz ki, bütün məhkəmə sistemində hiss olunmağa başlayıb. Artıq insanlar hüquq islahatlarını öz həyatında hiss etməyə başlayıb. Əvvəllər normaya əsaslanan hüquq var idi, indi isə məna axtarışı var. Qanunun yalnız hərfi anlayışı yox, həm də ruhunun tətbiq edilməsi prosesinə başlanılıb".

Müsahibimizin sözlərinə görə, 2019-cu ildən başlayaraq həyata keçirilən islahatlar məhkəmələrin yalnız texniki imkanlarını deyil,həm də hüquq mədəniyyətini dəyişib:

"Elektron məhkəmə sistemi, açıq məlumat bazaları, daha şəffaf hakim seçkiləri, bütün bunlar vacibdir. Görürsünüz, elektron məhkəmə sistemi ölkə üzrə tamamilə bərqərar oldu. Bu əlbəttə məhkəmələrə əlçatanlığı daha yaxşılaşdırdı, həm də ondan istifadə ilə bağlı rahatlığı təmin etdi, əlavə xərclər və vaxt itkisinin qarşısını aldı. Açıq məlumat bazaları həm də yeni imkanlar yaradır ki, tərəflər məhkəmə təcrübəsinin nə dediyini görə bilsinlər. Həmçinin ədalətli və şəffaf şəkildə hakim seçkiləri keçirilir. Bu proses illərdir başlayıb, və daha da dərinləşməyə doğru gedir. Əvvəllər hakim seçkiləri prosesində müşahidəçilər daha geniş miqyasda fəaliyyət göstərirdisə, artıq bu proses tamamilə şəffaf prosesə çevrilib. Bu dəyişiklik şübhəsiz ki, hakimin düşüncə tərzində də baş verir. Ən vacib olan budur,düşüncələrimizə dəyişiklik etməliyik. Ümumiyyətlə məhkəmə sisteminə daxil olan şəxslərin davranışında, düşüncəsində dəyişikliklər vacibdir. Bu həm də qanunun aliliyinin əsas şərtlərindən birinə çevrilir. Artıq hakim sadəcə hökm çıxaran deyil, həm də ədaləti axtaran fiqura çevrilir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları həm də milli hüququn hüquq düşüncəsinin dəyişməsinə də təsir göstərir. Mülkiyyət hüququndan tutmuş ailə münasibətlərinə qədər Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşmaları da milli məhkəmələrdə insanın insani ehtiyaclarını da nəzərə almağa təşviq edir. Bu da çox vacibdir ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları geniş miqyasda tətbiq olunur. Bizim məhkəmə hakimlərimiz Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi ilə çox yaxından əməkdaşlıq edir. Hakimlərin fəaliyyətində səmərəlilik genişlənir, effektivlik artır.  Bu gün vəkillərin fəaliyyəti sahəsində Azərbaycan Vəkillər Kollegiyası böyük islahatlar keçirir. Ölkədə vəkillərin sayı da yetərli qədərdir, çox ədalətli və şəffaf seçkilər keçirilir. Həm də düşünürəm ki, bu məsələ ilə bağlı dövlətin bu məsələ ilə əlaqədar dəstəyi də qeyd edilməlidir. Çünki pulsuz hüquqi yardım təşkil edilməsi dövlət büdcəsi hesabına başa gəlir. Düşünürəm ki, yüksək keyfiyyətli hüquqi yardım edilməsi üçün pulsuz hüquqi yardım vəsaitini artırılması əhəmiyyətlidir. Çünki 6 manat ödənilir, düşünürəm ki, bu peşəkar hüquqi yardım göstərilməsi üçün yetərli deyil”.

Ə.Nuriyev bildirib ki, ölkəmizdə ən vacib problemlərdən biri də mülkiyyət hüququnun qorunması ilə bağlıdır:

“Mülkiyyət hüququ vətəndaşların müstəsna konstutision hüququdur. Bu hüquq digər hüquqların da əsasını təşkil edir. Ona görə də mülkiyyət hüququnun qorunması istiqamətində də yeni yanaşmaların tətbiq edilməsi genişlənir. Amma bu sahədə hələ çoxsaylı nöqsanlar var. Çünki bəzi hallarda biz mülkiyyətin ayrı-ayrı şəxslər tərəfindən hansısa yollarla əldən alınması, təzyiq göstərilməsi, bəzi hallarda “güclü tərəf”in başqalarının mülkiyyətinə sahib olması və digər məsələlərin şahidi oluruq. Bəzi hallarda dövlətin bu istiqamətdə mühüm göstərişləri olmasına baxmayaraq şəxsin mülkində ictimai ehtiyacları ödəmək üçün müvafiq obyektlər tikilir. Bu halda həmin şəxsə kompensasiya verilirsə də burada bəzi məmurlar tərəfindən əli əyriliyə də yol verilir. Bunlar tam aradan qaldırılmasa da, burada Ali Məhkəmənin öz baxışları var. Eyni zamanda görürük ki, inzibati məhkəmələrdə qəbul edilən qərarların çox hissəsi məhz vətəndaşların xeyrinə qəbul edilir. Əvvəllər yalnız məmurun üstünlüyünü təmin edən qərarlar verilirdisə, indi trendlər dəyişir və insan yönümlü qərarlar qəbul edilməkdədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri