Icma.az
close
up
RU
Multidisiplinar yanaşma: Birinci Türkoloji Qurultaydan 100 il sonra dilçilik modeli

Multidisiplinar yanaşma: Birinci Türkoloji Qurultaydan 100 il sonra dilçilik modeli

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 fevral, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisi Nərminə Salmanlının “Multidisiplinar yanaşma: Birinci Türkoloji Qurultaydan 100 il sonra dilçilik modeli” adlı məqaləsini təqdim edir.

Multidisiplinar yanaşmanın türkoloji dilçilikdə tətbiqi dilin tarixi inkişaf mərhələlərinin də yeni rakursdan qiymətləndirilməsinə imkan verir. Tarixi dilçilik ənənəvi olaraq dil faktlarının xronoloji ardıcıllıqla təsvirinə əsaslansa da, müasir yanaşmalar bu prosesi sosial və mədəni kontekstlə birgə araşdırmağı zəruri edir. Türk dillərinin formalaşma və inkişaf mərhələləri yalnız dildaxili dəyişmələrlə deyil, eyni zamanda, tarixi hadisələr, miqrasiya prosesləri, siyasi faktorlar və mədəni qarşılıqlı təsirlər fonunda baş verib. Bu amillərin nəzərə alınması dil tarixinə daha obyektiv və sistemli yanaşma formalaşdırır.

Müasir türkoloji tədqiqatlarda korpus linqvistikası da mühüm yer tutur. Korpusəsaslı araşdırmalar böyükhəcmli dil materiallarının statistik və funksional təhlilinə şərait yaradır. Bu metod türk dillərində leksik tezliklərin, qrammatik modellərin və diskurs xüsusiyyətlərinin empirik əsaslarla öyrənilməsinə imkan verir. Xüsusilə rəqəmsal mətn bazalarının yaradılması türk dillərinin müasir istifadəsinin sistemli şəkildə təhlilini mümkün edir.

Bununla yanaşı, mədəniyyətlərarası kommunikasiya sahəsində aparılan tədqiqatlar türk dillərinin beynəlxalq mühitdə funksional rolunu ön plana çıxarır. Qloballaşma şəraitində dillərarası əlaqələrin intensivləşməsi dil kontaktları, kod dəyişməsi və çoxdillilik problemlərinin aktuallaşmasına səbəb olub. Multidisiplinar yanaşma bu proseslərin yalnız linqvistik deyil, həm də sosial və psixoloji aspektlərini araşdırmağa imkan verir. Dilçilik elminin tədqiqat obyektinin bu qədər geniş olması onu yalnız dilin daxili quruluşunu araşdıran bir sahə kimi deyil, həm də insan fəaliyyətinin müxtəlif istiqamətləri ilə qarşılıqlı əlaqədə olan bir elm sahəsi kimi təqdim edir. Bu gün dilçilik yalnız linqvistik kateqoriyalar və qaydaların öyrənilməsi ilə kifayətlənmir, həm də dilin sosial, mədəni, psixoloji və texnoloji mühitdə necə dəyişdiyini və inkişaf etdiyini tədqiq edir.

Nəticədə dilin ünsiyyət vasitəsi olmaqla yanaşı, identiklik göstəricisi kimi funksiyası da daha aydın şəkildə üzə çıxır.

Eyni zamanda hüquqi dilçilik və ekodilçilik kimi yeni istiqamətlər də multidisiplinar modelin genişlənməsini göstərir. Hüquqi dilçilik hüquqi mətnlərin dil xüsusiyyətlərini, terminoloji dəqiqliyi və normativ dilin formalaşmasını araşdıraraq dil və hüquq münasibətlərini elmi əsaslarla təhlil edir. Ekodilçilik isə dilin ekoloji düşüncə və təbiətə münasibətlə bağlı semantik və mədəni aspektlərini öyrənir. Bu sahələr dilin insan həyatındakı rolunun nə qədər çoxşaxəli olduğunu bir daha təsdiqləyir.

Beləliklə, müasir türkoloji dilçilik multidisiplinar yanaşma əsasında yalnız dilin strukturunu deyil, onun funksional, sosial və texnoloji aspektlərini də əhatə edən kompleks bir tədqiqat sahəsinə çevrilib. Birinci Türkoloji Qurultayda əsası qoyulmuş elmi ənənə bu gün yeni metodoloji yanaşmalarla zənginləşərək türkoloji araşdırmaların inkişafında mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Fevral 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri