Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Münaqişə mürəkkəbləşir: ABŞ, Aİ və Rusiya ortaq mövqeyə gəlməsi real görünmür

Münaqişə mürəkkəbləşir: ABŞ, Aİ və Rusiya ortaq mövqeyə gəlməsi real görünmür

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq təkcə regional deyil, qlobal xarakter daşıyır. Münaqişə hərbi müstəvini aşaraq siyasi, diplomatik və iqtisadi münasibətlərə də ciddi şəkildə təsir edir. Bu prosesə ABŞ, Avropa İttifaqı və digər böyük güclər də cəlb olunub, bu da sülhə nail olmağı daha da çətinləşdirir.

ABŞ prezidenti Donald Trampın son açıqlaması vəziyyətin mürəkkəbliyini bir daha təsdiqləyib. O, Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə görüşündə Putinin müharibəni dayandırmaq istəmədiyini bildirib və qeyd edib: “Putinlə yaxşı münasibətim var idi, onun bu müharibəni niyə davam etdirdiyini bilmirəm". Tramp bu yanaşmanın onu məyus etdiyini vurğulayıb.


Politoloq Hüseyn İbrahimov Sherg.az-a açıqlamasında münaqişənin gedişatı, beynəlxalq güclərin mövqeləri və müharibənin gələcək perspektivlərindən söz açıb:


"Rusiya və Ukrayna arasında davam edən müharibə hər saat dəyişir və hadisələrin gedişi getdikcə daha da mürəkkəbləşir. Xüsusilə son günlərdə Rusiya Prezidenti yaxın vaxtlarda yeni bir hərbi silahın dünya ictimaiyyətinə təqdim ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra müharibənin yeni və daha şiddətli bir mərhələyə keçdiyi müşahidə olunur.

Bu müharibə ilə yanaşı, siyasi danışıqlar, beynəlxalq münasibətlər və müxtəlif tərəflərin maraqları da paralel şəkildə inkişaf edir. Münaqişə yalnız hərbi müstəvidə deyil, həm də diplomatik və siyasi müstəvidə dərinləşməkdədir. Bəzən danışıqlarda irəliləyiş əldə olunsa da, çox keçmədən proses yenidən əvvəlki vəziyyətə qayıdır.

Bu vəziyyətin əsas səbəblərindən biri də müharibə ətrafında toplanmış çoxsaylı maraqlardır. Münaqişəyə cəlb olunmuş tərəflərin sayı artdıqca məsələ daha da qəlizləşir. Sanki dünya iki əsas cəbhəyə bölünüb-bir tərəf Rusiyanı, digər tərəf isə Ukraynanı dəstəkləyir. Bu iki qütb arasında yaranan qarşıdurma yalnız Rusiya və Ukrayna ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq siyasi sistemin dərin təbəqələrinə sirayət edir".


Ekspert ABŞ Prezidentinin hələ hakimiyyətə gəlməmişdən əvvəl bu münaqişənin qısa müddətdə həll olunacağına dair vədlər verdiyini xatırladıb:

"Lakin zaman keçdikcə proses uzandı və bu vəziyyətin məsuliyyəti qismən əvvəlki prezident Coy Baydenin üzərinə yönəldildi. Daha sonra ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüşdən müəyyən ümidlər yaransa da, nəticə gözlənildiyi kimi olmadı. Görüşdən sonra münasibətlərdə müsbət ton müşahidə olunsa da, Donald Tramp açıqlamasında Putinin onu məyus etdiyini bildirdi. Eyni zamanda, Trampın İsrail Baş naziri ilə bağlı dediyi "O məni eşitmir" fikri də göstərir ki, bu cür münasibətlər təkcə Rusiya ilə deyil, digər mühüm tərəflərlə də gərgindir. Bu isə onu göstərir ki, hər bir dövlətin öz maraqları və strategiyası var və bu strategiyalar bəzən ümumi həll yoluna mane olur. Vacib məqam ondan ibarətdir ki, söhbət yalnız Rusiya ilə Ukrayna arasında əldə ediləcək razılaşmadan getmir. Burada ABŞ, Avropa İttifaqının aparıcı dövlətləri və ümumilikdə beynəlxalq güclərin də razılığa gəlməsi vacibdir. Bu üç tərəf-ABŞ, Rusiya və Aİ birgə qərar qəbul etməkdə çətinlik çəkirlər. Bu da münaqişənin uzanmasına və prosesin daha da mürəkkəbləşməsinə səbəb olur.

Üçtərəfli danışıqlar olsa da, hələlik onların nəticə verəcəyi gözlənilmir. Daha real həll yolu iki tərəf arasında əldə olunacaq konkret razılaşmadan keçir. Bu ya Rusiya və ABŞ arasında, ya da Rusiya ilə Avropa İttifaqının əsas dövlətləri və Ukrayna arasında olmalıdır".


Analitik Ukraynanın bu məsələdə təkbaşına olmadığını bildirib:

"Kiyevin arxasında ABŞ və Aİ-nin aparıcı dövlətləri dayanır. Yəni, prosesin həlli üçün yalnız Ukrayna ilə Rusiya arasında danışıqlar kifayət deyil. Həmçinin, Avropa İttifaqının və ABŞ-nin də bu prosesdə aktiv şəkildə iştirak etməsi vacibdir. Lakin bu üç tərəfin (ABŞ, Aİ və Rusiya) ortaq mövqeyə gəlməsi hazırda real görünmür. Bu səbəbdən, ABŞ Prezidentinin Rusiya Prezidenti barədə səsləndirdiyi fikirlər təkcə Putinə deyil, eyni zamanda Avropa İttifaqının bəzi dövlətlərinə də ünvanlanmış ola bilər. Burada gizli mesajlar və diplomatik ritorika diqqətdən yayınmamalıdır.

Bütün bunları nəzərə alaraq demək olar ki, münaqişənin həlli üçün yalnız ABŞ və Rusiya arasında deyil, digər güclər arasında da qarşılıqlı anlaşma və razılıq lazımdır. Hələlik isə ABŞ və Rusiya arasında olan fikir ayrılıqları və mövqelərin fərqliliyi açıq şəkildə müşahidə olunur. Avropa İttifaqının bəzi ölkələri ilə ABŞ arasında Ukrayna məsələsində tam aydın mövqe ortaya qoyulmayıb və bu da prosesin uzanmasına səbəb olur".


Politoloq prosesin davam etdiyini və həllinə dair konkret proqnoz verməyin çətin olduğunu söyləyib: 

"ABŞ Prezidentinin son bəyanatları və mövqeyi göstərir ki, bu, yalnız Rusiya liderinə deyil, eyni zamanda digər beynəlxalq güclərə də ünvanlanmış çağırışdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri