Icma.az
close
up
RU
Münaqişənin görünməyən tərəfi: Çin Hindistanı addım addım necə izləyir?

Münaqişənin görünməyən tərəfi: Çin Hindistanı addım addım necə izləyir?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Hindistan və Pakistan arasında Kəşmir bölgəsində yaşanan gərginlik Çin üçün önəmli bir kəşfiyyat fürsəti yaradır. Təhlükəsizlik analitikləri və diplomatlar bildirirlər ki, Pekin Pakistanın döyüşlərdə istifadə etdiyi təyyarə və silahlar vasitəsilə Hindistanın hərbi strategiyası barədə dəyərli məlumatlar toplayır.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, Sinqapurda yerləşən təhlükəsizlik üzrə analitik Aleksandr Nilin sözlərinə görə, Çinin sərhədləri yaxınlığında potensial əsas rəqibə qarşı belə bir hərbi vəziyyət nadir tapıntıdır.

İki ABŞ rəsmisi Pakistanın Çin istehsalı olan “J-10” qırıcıları ilə Hindistana məxsus iki hərbi təyyarəni vurduğunu, onlardan birinin Fransa istehsalı olan “Rafale” olduğunu iddia edib. Hindistan bu itkiləri təsdiqləməyib. Pakistan isə yalnız “J-10”ların istifadəsini etiraf etsə də, konkret silahlar barədə açıqlama verməyib.

Hava qarşıdurması dünyadakı ordular üçün döyüş şəraitində pilotların, təyyarələrin və hava-hava raketlərinin performansını müşahidə etmək baxımından nadir fürsətdir.

Qeyd edək ki, Hindistan və Çin arasında 3800 kilometrlik mübahisəli Himalay sərhədi uzun müddətdir strateji gərginliyin mərkəzindədir. 1962-ci ildə iki ölkə arasında qısa müddətli müharibə də baş verib. Ən son 2020-ci ildə yaşanan gərginlik 2023-cü ilin oktyabrında patrul razılaşması ilə yumşaldılıb.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Çin hazırda 267 peyk idarə edir ki, bunlardan 115-i birbaşa kəşfiyyat, müşahidə və izləmə, 81-i isə hərbi elektron və siqnal məlumatlarının izlənməsi üçün istifadə olunur. Bu, regionda heç bir ölkənin malik olmadığı gücdə bir şəbəkədir və yalnız ABŞ bu sahədə Çini geridə qoyur.

Pekin bu hadisələrlə bağlı suallara cavab verməyib. Pakistanın Müdafiə Nazirliyi və İnformasiya Nazirliyi də Çinə informasiya ötürülməsi ilə bağlı sorğulara reaksiya göstərməyib, lakin İslamabad Çini “hərtərəfli strateji tərəfdaş” adlandırır.

Hindistan isə məsələyə rəsmi münasibət bildirməsə də, bu ölkənin Britaniyadakı səfiri Vikram Doraisvami “Sky News”a açıqlamasında Çinlə Pakistan arasındakı münasibətlərin Hindistan üçün narahatedici olmadığını deyib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri