Icma.az
close
up
RU
Münaqişənin sonu və sülh dövrün başlanğıcı ŞƏRH

Münaqişənin sonu və sülh dövrün başlanğıcı ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın müasir tarixi bir çox sınaqlarla, mübarizələrlə və dönməz iradə ilə zəngindir. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi bu tarixin ən mühüm dönüm nöqtələrindən biri oldu. Azərbaycan xalqı, ordusu və siyasi rəhbərliyi həm milli həmrəyliyin, həm də beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyin nümayişini ortaya qoydu. Həmin günlərdə əldə olunan zəfər yalnız hərbi üstünlüyün deyil, həm də illərlə gözlənilən tarixi ədalətin bərpası idi.

44 günlük müharibə nəticəsində Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü təmin etdi. 30 ilə yaxın davam edən işğal siyasətinə son qoyuldu, Qarabağ torpaqları azad edildi və xalqımız öz doğma yurd-yuvasına qayıtmaq ümidini reallığa çevirdi. Bu zəfər, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və siyasi iradəsinin ən bariz sübutu kimi tarixə yazıldı. Bununla belə, müharibə təkcə hərbi əməliyyatların bitməsi ilə yekunlaşmır. Hər bir münaqişənin davamlı həllinin əsası sülhün təmin edilməsidir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bölgədə uzunmüddətli sabitlik yalnız sülh müqaviləsinin imzalanması ilə mümkündür. Bu səbəbdən 2020-ci ildən sonra başlayan diplomatik mərhələ strateji əhəmiyyət kəsb edirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd məhz bu prosesin ən mühüm mərhələsi oldu. Sənədin paraflanması ilə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə formal son qoyulması istiqamətində həlledici addım atıldı. Vaşinqton görüşünün nəticələri yalnız iki dövlət üçün deyil, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni tarixi mərhələnin başlanğıcı hesab olunur. Bu sənəd bir daha göstərdi ki, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq aləmdə tam dəstəklənir. ABŞ paytaxtında baş tutan bu hadisə həm də onu sübut etdi ki, böyük güclər bölgədə davamlı sülhün təmin olunmasında maraqlıdır. Sülh prosesinin uğurla başa çatması üçün Ermənistan Konstitusiyasında ciddi dəyişikliklərin edilməsi tələb olunur. Hazırda Ermənistanın ali qanunvericilik sənədində Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əksini tapıb. Bu maddələr dövlətlərarası münasibətlərin normallaşdırılmasına ən böyük maneədir. Azərbaycanın mövqeyi aydındır: Ermənistan yalnız və yalnız bu iddialardan imtina etdiyi halda real sülh mümkün olacaq.

Ermənistan cəmiyyətində də bu məsələ ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi siyasi dairələr revanşist çağırışlar etsələr də, beynəlxalq reallıq göstərir ki, Ermənistan bu yoldan əl çəkməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanımadan və qonşuluq münasibətlərinə hörmət etmədən regionda sabitlik əldə oluna bilməz. Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyub. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülh müqaviləsi yalnız 5 əsas prinsip üzərində qurulmalıdır: dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq və güc tətbiq etməmək. Bu prinsiplər universal beynəlxalq hüquq normalarıdır və bütün ölkələr tərəfindən qəbul edilməlidir. Azərbaycanın konstruktiv mövqeyi sayəsində regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və qarşılıqlı etimadın yaranması üçün real imkanlar mövcuddur. Münaqişənin bitməsi ilə Cənubi Qafqaz yeni əməkdaşlıq platformasına çevrilə bilər. Bu həm də regionun tranzit və enerji layihələri üçün yeni perspektivlər açır. Vaşinqtonda sənədin paraflanması beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bir çox ölkələr, beynəlxalq təşkilatlar və ekspert dairələri hesab edirlər ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionun təhlükəsizlik arxitekturasını gücləndirəcək. Bu, həm də böyük güclərin maraqlarının toqquşduğu Cənubi Qafqazda sabitlik və balansın qorunmasına xidmət edəcək. Bundan başqa, sülh prosesinin uğurla nəticələnməsi Avropa və Asiyanın enerji təhlükəsizliyinə də müsbət təsir göstərəcək. Azərbaycanın təşəbbüskarı olduğu layihələr – TANAP, TAP və digər enerji kəmərləri regionun strateji rolunu daha da artırır. Ermənistanda bəzi qüvvələr sülh prosesinə qarşı çıxır, revanşizm meyllərini gücləndirməyə çalışırlar. Lakin reallıq ondan ibarətdir ki, Ermənistanın başqa alternativ yolu yoxdur. Uzun illər davam edən işğal siyasəti nəticəsində Ermənistan iqtisadi və siyasi baxımdan təcrid olunmuşdu. Bu gün sülh müqaviləsinin imzalanması onun üçün də yeni fürsətlər açacaq. Ermənistanın inkişafı üçün regional əməkdaşlığa qoşulmaqdan başqa çıxış yolu yoxdur. Azərbaycanın iqtisadi gücü, tranzit imkanları və beynəlxalq nüfuzu bu reallığı daha da möhkəmləndirir. 2020-ci ildə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri, 2025-ci ildə Vaşinqtonda paraflanmış sənəd isə bu zəfərin davamı kimi tarixə düşdü. Artıq Azərbaycan yalnız müharibədə deyil, həm də diplomatiya meydanında qalibdir.

Azərbaycan xalqı və dövləti bu sülhün möhkəmlənməsi üçün bütün addımları atmağa hazırdır. Ermənistan isə real siyasət yürütməli, konstitusion dəyişikliklər etməli və qonşu dövlətin ərazi bütövlüyünü rəsmən tanımalıdır. Bütün bunların həyata keçirilməsi Cənubi Qafqazı yeni bir mərhələyə çıxaracaq – müharibə və münaqişələrin yox, sülh və əməkdaşlığın hökm sürdüyü bir mərhələyə.

Azərbaycanın möhtəşəm qələbəsi, prinsipial siyasəti və xalqın birliyi nəticəsində bölgədə uzunmüddətli sabitlik dövrü başlanır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri