Icma.az
close
up
RU
Münasibətlərdə diqqət çəkən məqamlardan biri

Münasibətlərdə diqqət çəkən məqamlardan biri

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində diqqət çəkən məqamlardan biri Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi ilə bağlı fikirlərdir.

Ölkə başçısı müsahibəsində bildirdi ki, Makron hakimiyyətə gələnə qədər Azərbaycanla Fransa arasında heç bir problem olmayıb. Hətta ölkəmiz Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdi. Azərbaycanda çoxlu fransız şirkəti işləyirdi. Fransanın 13 şəhəri ilə ölkəmizdə qardaşlaşmış şəhərlər var. Lakin Makron hökumətinin əsassız olaraq özünü böyük sayması və əndazəsiz iddialar bütün bunları uçuruma yuvarlatdı. Belə ki, İkinci Qarabağ müharibəsi başlayanda Makron Fransası işğalçıların tərəfini tutdu. 2020-ci ildə Fransanın Baş naziri fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Bütün bu müdaxilə cəhdləri münasibətləri böhran həddinə çatdıraraq pisləşdirdi.“Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi Makron Fransasını narahat edir və bu səbəbdən ölkəmizə qarşı kinləri var. Prezident İlham Əliyev Fransanın kolonial keçmişinin olduğunu xatırlatdı. Fransız kolonializminin iyrənc siması var və uzun illər ərzində dünya ictimaiyyətindən çox məqamlar gizlədilib. Makron diktaturası Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirib, 100-dən çoxunu yaralayıb və 1000-dən artığını həbs edib. Bundan əlavə, Avropanın mərkəzində - Korsikada Korsika dili qadağan edilir, bu dilin ictimai yerlərdə istifadəsinə icazə verilmir.Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Fransa Afrikada, Sahel regionunda, Livanda, Azərbaycanda, Gürcüstanda tam iflasa uğrayıb. Bu ölkənin daxili siyasətində də hərc-mərclik tüğyan edir. Yaxşı olar ki, Fransa elə özündən, özünətənqiddən başlasın.“Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, “Moody’s” Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq “Triple-A”ya çatıb, çox kiçik, güclə görünən “A”ya. Bu iflasın müəllifi məhz cənab Makrondur. Makron Azərbaycana zərər vermək əvəzinə öz ölkəsi haqqında düşünsə daha yaxşı olar.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri