Icma.az
close
up
RU
Münhen təhlükəsizliyi silahlanmağa, Cenevrə sülhü müharibəyəmi aparır?

Münhen təhlükəsizliyi silahlanmağa, Cenevrə sülhü müharibəyəmi aparır?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sonuncu Münhen Təhlükəsizlik konfransı dünya təhlükəsizliyinə töhvə verdimi? Bu konfransda Avropa İttifaqı ölkələri Trampın siyasəti üzündən nüvə silahlanmasını, kritik anda- yəni Rusiyanın hücum etdiyi halda, Amerikanın köməyə gəlməyəcəyindən ehtiyatlanaraq “Avropa nüvə düyməsini” ciddi şəkildə müzakirə etdilər. Avropa bu məntiqə Donald Trampın prezident olduğu müddətdə Birləşmiş Ştatlara etimadın itməsi səbəbindən gəlib. Dünya təhlükəsizlik naminə ciddi şəkildə daha çox silahlanmağa qərar verib. Tramp və komandasının Avropa İttifaqını bir institut kimi sevmədiyindən qoca qitədə həyəcan hökm sürür.  

Davam edən gərginlik təhlükəsizlik naminə konkret addımlar tələb edir. Bu ideya müzakirələrə yeni impuls verərək həm ikili, həm də özəl söhbətlərdə əsas yer aldı. Avropanın vahid nüvə çətirinin yaradılması Amerikaya etimadın sarsılmasına cavab kimi dəyərləndirilməlidir, çünki Tramp NATO Nizamnaməsinin 5-ci maddəsini tam şübhə altına alıb. Hadislər bu cür davam etsə nə gözlənilir? Çexovun təbirilə desək “divardan asılmış silah son səhnədə açılacaq”. Yəni, bu templə silahlanma sonda dünya müharibəsini qaçılmaz edəcək. Tərəflər də məlumdur. Amma, olmaya da bilər. 

Cenevrədə eyni anda iki vacib danışıqlar aparıldı. Biri dörd ildir başlanan Rusiya-Ukrayna müharibəsini dayandırmağa, o biri qapının ağzında dayanan ABŞ -İran müharibəsinin başlayıb-başlamamasının şərtlərinə həsr olunmuşdu. Hər iki danışıq qeyri-müəyyənliklə yekunlaşdı. Birincidə Rusiyanın qeyri konstruktivliyi, ikincidə İranın hər zaman olduğu kimi inadkar, tərs və yalançı güc nümayişinin ucbatından danışıqlar növbəti və vaxtı bilinməyən raunda keçirildi. Dünya təhlükəsizliyi də tükdən asılı vəziyyətdə qalmağında davam etməkdə. Danışıqların biri- Rusiya-Ukrayna-ABŞ görüşünün perspektivdə yalnız tərəflərə deyil, bəşəriyyətə nə vəd etdiyinə nəzər salaq.

Hər görüşdən sonra “irəliləyiş” olduğunu deyən ABŞ nümayəndə heyəti bu dəfə heç xəsisliklə də bir məlumat sızdırmadı. Ona görə də, Rusiya və Ukraynanın Cenevrədə bu məsələ ilə bağlı mövqelərinin yaxınlaşdığını demək, mümkün deyil.

Cenevrə görüşünə Putin yenidən köməkçisi Medinskini təsadüfi olaraq göndərməyib. Abu-Dabi görüşündə nümayəndə heyətini əsasən xüsusi xidmət orqanlarının yüksək rütbəli şəxsləri təmsil etdiyi üçün onlar daha çox konkretliyə əsaslanan məsələləri müzakirə etməyə üstünlük verirdi. Medinski isə İstanbul görüşlərindən daha çox tarixdən danışan və mövqeyini də tarixə görə əsaslandıran, qarşı tərəfi əsəbiləşdirən şəxs kimi tanınır. Yenidən Medinskinin danışıqlarda aparıcı rolu və görüşdə təqdim etdiyi mövqeyinə görə problem dalana dirənib.  Bu prosesdən o nəticəyə gəlmək olar ki, Rusiya yenə də sülh müqaviləsini imzalamaqdan, ən azı atəşkəsə razılıqdan yayınır, vaxtı uzadır. Necə deyərlər, Zelenskinin dediyi kimi, bu dəfə də “danışıqlara razılaşdıq”.

Görüşdən sonra maraqlı bir hadisə baş verib: Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski "bitdi" elanından qısa müddət sonra gözlənilmədən otelə qayıdıb və təxminən bir saat yarım oteldə qalıb. Oteldən çıxdıqdan sonra o, "Ukrayna tərəfi ilə" görüşdüyünü bildirib və əlavə şərh verməkdən imtina edib. Verilən məlumata görə, Medinski Rustem Umerov və Ukrayna komandasının üzvü və "Xalqın Xidmətçisi" fraksiyasının lideri David Araxamiya ilə görüşüb.

Görüşdə dəqiq nəyin müzakirə olunduğu müəyyən edilməyib. Amma, buradan o məntiqə gəlmək olar ki, həm Umerov, həm də Araxamiya siyasi alt qrup daxilində işlədiyindən, bu görüşdəki müzakirə xüsusilə siyasi məsələlərə yönəlib. Hər halda planlaşdırılmayan son otel danışıqlarını Cenevrə görüşündən yeganə müsbət an kimi qəbul etmək olar. Deməli, tərəfləri maraqlandıran və müzakirəyə ehtiyac duyduqları məsələlərdə pozitiv yanaşmalar var. Tərəflər yenidən görüşməyə razılaşıblar, lakin bunun harada və nə vaxt baş tutacağı hələlik məlum deyil. Bir məsələni də qeyd edək ki, danışıqlardan kənara qalmış Avropa nümayəndələri bu dəfə Cenevrədə masa arxasında əyləşməsələr də, Almaniya, Fransa, Böyük Britaniya nümayəndələri danışıqlar gedən oteldə tez-tez Ukrayna nümayəndə heyətilə görüşüb və məsləhətləşmələr aparıblar. Avropa bununla danışıqlardan kənarda qalmadığını və növbəti görüşlərdə masa arxasına keçəcəyinin anonsunu vermiş oldu.

Müharibə isə davam edir. Rusiya danışıqlar gedən vaxt yenə də Kiyev və başqa şəhərlərə raket, dron hücumları edib. Ukrayna isə Pskov neft bazasını partladıb. Rusiyanın təbliğ etdiyi “biz asanlıqla qalib gələcəyik” təbliğatının fiaskoya uğraması bir tərəfə, getdikcə resurs tükənişinə doğru gedildiyi, maliyyə və bank böhranının çox yaxın olduğu rusiyalı məmurlar tərəfindən də etiraf olunur. Putin isə strateji məğlubiyyətinin ortada olduğunu görür və Rusiya cəmiyyətinə “qalib” obrazını təqdim edə bilmədiyi üçün müharibəni Donbasın tam işğalına qədər davam etdirməyi planlayır. Rusiya diktatoru dörd günə bitirməyi nəzərdə tutduğu, amma dörd ilə bitirə bilmədiyi Ukrayna müharibəsində öz ambisiyalarının tələsinə düşüb. Bu ambisiyanın paradoksu ondadır ki, Putin Rusiya iqtisadiyyatının zəifləməsi səbəbindən müharibəni davam etdirə bilməyəcək, amma ən azından “qələbə” adlandırıla biləcək bir şeyə nail olmadan da sülhə razılaşa bilməz. Sülhün dalana dirənməsinin əsas səbəbi də bu ambisiyadır. Hətta sülh razılaşması əldə olunsa belə, Rusiya daxilindəki iqtisadi və siyasi qeyri-sabitliyi təhdid edəcək proseslər Putinin imperiya tarixinin ən böyük çarları sırasına düşmək planlarını alt-üst edəcək.

Ukrayna isə müharibə başlayandan bəri ən ağır, ən çətin qış mövsümünü başa vurmaqdadır. Enerji infrastrukturunun 80 faizinin Rusiya tərəfindən dağıdılmasına baxmayaraq bu çətinliyə, ağır aylara mərdliklə dözən Ukrayna hərbi sahədə də düşmənə ağır itkilər verir. Artıq Rusiyanın canlı qüvvəsinin aylıq itkisi 30 000 insan civarındadır. Ukrayna xalqının müqavimət amili, nəhayət, ləyaqətli və dayanıqlı sülhü gətirəcək və bu sülh, yalnız Ukraynanın deyil, yeni dünya nizamının təməli olacaq.

 İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri