Müntəzəm marşrutlardakı bütün avtobuslarda nağdsız ödəniş mümkündür AYNA
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Azərbaycana gətirilən və müntəzəm marşrut xətlərində istismara buraxılan bütün avtobuslar nağdsız ödənişlər üçün validatorlarla təchiz edilib.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
"Rəqəmsal texnologiyaların geniş tətbiqi və sərnişinlərin rahatlığının təmin olunması məqsədilə ictimai nəqliyyatda nağdsız ödənişlərin əhatə dairəsinin tədricən genişləndirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır. İctimai nəqliyyat vasitələri parkının yenilənməsi çərçivəsində ölkəyə gətirilən və müntəzəm xətlərdə istismara buraxılan bütün avtobuslar nağdsız ödənişlər üçün validatorlarla təchiz edilib. Bu cihazların tətbiqi qanunvericiliyin tələblərinə uyğun olaraq marşrutlara dair daşıyıcı şirkətlər arasında keçirilən müsabiqənin də mütləq şərtlərindən biridir”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Mart 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















