Icma.az
close
up
RU
“MÜQƏDDƏS” BAQRAT ERMƏNİ KİLSƏSİNİN MİSKİN “QƏHRƏMANI” Rusiyanın maşası əsl layiq olduğu yeri tapıb

“MÜQƏDDƏS” BAQRAT ERMƏNİ KİLSƏSİNİN MİSKİN “QƏHRƏMANI” Rusiyanın maşası əsl layiq olduğu yeri tapıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bu günlərdə İrəvanda Ermənistanın indiki hakimiyyətinə qarşı kütləvi aksiyaların əsas təşkilatçısı kimi tanınan, bir vaxtlar özünü siyasi lider kimi görən keşiş Baqrat Qalstanyanın məhkəmə prosesi keçirilir.

Keşiş Baqrat "terror aktlarının hazırlanması və hakimiyyəti ələ keçirməyə cəhd" maddəsi ilə ittiham olunur. Onunla bağlı həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Məhkəmədən təqdim olunan foto və videogörüntülərdə Baqratın yenə keşiş geyimində, lakin çox miskin durumda olduğu görünür. Təbii ki, onun ittiham olunduğu maddə və törətdiyi əməllərlə daşıdığı dini geyim qətiyyən uyğun gəlmir. Rusiyanın sifarişilə regionda qan axıdılmasına, nifaq salmağa yönələn, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik, kin-küdurət çağırışları onun keşiş adına və libasına yox, məhz həbsxana kamerasına layiq olduğunu göstərirdi. Odur ki, bir zamanlar özünü meydanların “qəhrəmanı”, hətta Baş nazir vəzifəsinə əsas namizəd kimi görən Baqrat, indi özünü dəmir barmaqlıqlar arxasında və məhkəmə salonunda görür. Hansı ki, onun nə biliyi, nə siyasi dünyagörüşü, nə də şəxsiyyyəti hansısa dövlət vəzifəsinə zatən uyğun deyildi.

Şəxsiyyəti və şəxsi keyfiyyətlərilə bağlı təkcə onu qeyd etmək kifayətdir ki, Nikol Paşinyan keşiş Baqratı öz dayısı arvadı ilə izdivacda günahlandırmışdı. Əlbəttə ki, bir ölkə başçısı əlində buna dair sübutlar olmasa, bu cür danışmazdı...

Ancaq bütün bunlara baxmayaraq, ruspərəst, revanşist müxalifət onu qabağa verərək, qurbanlıq keçi halına düşürdü.

Bu gün həmin müttəhim kürsüsündə sadəcə Baqrat yox, onun timsalında tarix boyu xəyanət, Azərbaycanla, türklərlə qanlı düşmənçilik təbliğ edən və ermənilərin başına gələn bütün pisliklərin əsas baiskarı, nəhayət, Rusiya və digər ölkələrin agentura yuvası olan erməni Apostol kilsəsi oturur. Və bir gün həmin məhkəmə salonunda bütün ermənilərin katalikosu II Qareginin oturduğunu görsək, buna təəccüblənmək yox, ədalətin zəfəri kimi baxmaq lazımdır. Bunun xeyrini isə ilk növbədə elə ermənilərin özləri görəcəklər...

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri