Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

Müqəddəs günah ın mahir ustası

Müqəddəs günah ın mahir ustası

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Salam Sarvan: göz qabağındakı "görünməz" AdamSöz vaxtına çəkər, düz 59 il bundan əvvəl Astarxanbazarda xəbər yayıldı ki, "Allahın bizə Salamı var".

O gündən Allahın bu şairanə Salamını aldıq, tanıdıq, oxuduq, sevdik. Tanıyıb, oxuyub sevdikcə, daha çox sevib oxuyub tanıdıq.

Amma arada elə bil qəsdən unudurduq ki, Şair özünü xatırlatmaq üçün daha da yazsın.

...Uşaqlıqda hamımıza böyüklərimiz deyirdi: "Balam böyüsün, toyunu görək".

İndi özümüz də elə deyirik. Elə bil uşaqlarımızı tək bir məqsədlə - toyunda oynamaq üçün böyüdürük. Özü də ayaqyalın oynamaq üçün...

Guya ayağımıza ayaqqabı, oynamağa toy qəhətdir.

Salam üçün də bunu mütləq deyiblər: "Böyüsün, toyunu görək". Bəs ona kim demişdi ki, böyüsün, böyüsün Şair olsun?! Və desin ki:

"Dünən öz toyumda idim,

Yerin məlum, sevdiyim"...

Yox, ona heç kim: "Böyüyəndə şair ol" deməmişdi. Ancaq o, böyüdü, şeir yazdı və şeir yaza-yaza böyüdü. Hər yaradıcı adam hər yaratdığı ilə bir sünbülboyu böyüyür, böyük şair olur, böyük yazıçı olur. Sözün yaxşı mənasında Sözü böyüyür.

Salamın da Sözü həmişə böyük olub. Özündən də böyük. Böyük-böyük danışmayıb, yox, sözün yaxşı mənasında böyük-böyük yazıb.

Amma, gəlin, əyri oturaq, düz danışaq: hər misrası ilə özünü ilmə-ilmə "toxumuş", dişi ilə, dırnağı ilə -qələmi ilə, kağızı ilə indiki yerə, indiki ucalığına qalxmış bu boyda adamı özünün boyu uzunu görə bilmirik axı. Ya da həmişə görə bilmirik.

Aydın Məmmədov deyirdi: Xalq istəyir ki, sevdiyi adamlar həmişə gözünün qabağında olsun. Tribunada, ya dar ağacında, fərqi yoxdur..."

Salam Sarvan üçün isə heç nəyin fərqi yoxdur; onun üçün tribuna da dar ağacı kimidir, dar ağacı da tribuna kimi. Dara çəksən də, yuxarı başa çəksən də adam dəyişməz; həmin-həminki qalacaq. Bəlkə də bu üzdən biz Salamı olduğu boyda görmürük. Daha yaxına - göz qabağına gəldikcə, gözdən daha da uzaq olur adam (tək təsəllimiz: könüldən iraq düşmür).

Hərçənd bizi də qınamalı deyil: dediyim kimi, Salamın sözü o qədər böyükdür, oxuyanda adamın gözü böyüyür deyə, şairin özünü dumanlı görürük.

Amma, Şairin hardasa görünmək kimi bir dərdi-tasası da yoxdur. Tez-tez deyirik ha, gedim, filan məclisdə - yasda, toyda, rəsmi, ya bədii ortamda... GÖRÜNÜM. Çoxumuzun, sadəcə, görünmək ehtiyacı var. Amma çoxumuzdan fərqli olaraq, Salamın görünmək ehtiyacı yoxdur, Sözünün arxasında daha yaxşı gizlənmək imkanı var.

Bilirsiniz, niyə?! Niyəsini deyim: Allah bizə Salam verib, Allahın Salamını alıb-almamaq artıq bəndə ilə Allahın arasındakı haqq-hesaba qalıb. Allahla bəndəsi arasına girmək Salam Sarvanın nəyinə lazım?! Heç buna vaxtı da yoxdur, həvəsi də.

Salam bu həyatı, Rumi demişkən, göründüyü kimi deyil, olduğu kimi yaşamağın acıdır. Əlli doqquz ildir belə yaşayır bu Adam. Allah gecindən versin, İlahidən verilmiş vədə dolanda, Salam Sarvanın "Dünyadan çıxış" vəsiqəsində "öz sözləri ilə düzgün" bir qeyd olacaq:

"Evdən çıxdığın kimi çıxacaqsan dünyadan –işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:heç nəyi unutmadım ki,heç kimi unutmadım ki?"

Hələ o zamana çox illər, çox onillər var yəqin. Hələlik isə Şairin 60-dan qabaqkı ad gününü yaşayırıq. Onun özü ilə birlikdə. Salam Sarvan özü isə bu gün haqda çox sərt deyib:

"Ad günü…Şir bürcü, At ili, İt günü".

Şair bəlkə də göz qaytarır: "Salam Sarvan" adlı bir ömür yaşamağı arzulayan nə çox! Qoy lap var-dövlətsiz, "Şöhrət"siz olsun...

Adam öz bioloji saatını Sözün vaxtına qurub, yaşayır özü üçün. Bu üzdən Salamda saatın ayrıca yeri var; dilimizdə saat həm də gün-güzərandı. Birinin halına acıyanda da deyirik: "Bu nə gündü, nə saatdı!" Yaxud birinə sevinəndə deyirik: "Allah xoş saatda yaradıb".

Salamda isə saat daha geniş anlamdır - bütövlükdə Ömrün özüdür ki var:

"Bu ruh bu cannan əlbirdi,

Bu sümük bu dəriynən.

Gedən ömrə Əl eləyir,

Saat öz KƏFKİRİYNƏN".

Yaxud:

"Söndür ekranları, ta bundan belə

nə filmə, nə də ki həyata baxaq.

Deyirlər, saatda yaxşı vaxt gedir,

Gəl, gedək, oturub saata baxaq".

Saat gün-güzərandırsa, Salamın saatı həmişə Vaxtdan "bir əqrəb" irəli qaçırdı. Yəni Zəmanədən. Qoy lap: "zəmanədən geri qalırdı" desinlər. Onsuz da Zamana sığmayan adamlara tarix boyu həmişə belə deyiblər. Odur ki, bu Zamanda yaşasa da, Salam Sarvan da bu Zəmanənin adamı deyil, zamandan... İRƏLİ "qalır". Bu, günahdırsa, kaş hamı Salam kimi bu müqəddəs "günah"a bataydı.

Hamı Dünyanı günahkar bilir, Salam isə ömrü də, ölümü də öz günahı kimi görür; Dünyaya bəraət verir:

"Tanrı ölüm hökmü kəsib

doğulmaq günahımıza".

Bu hikmətə çatan insana nəinki ölüm, heç ömür də qorxulu deyil.

Axı:

"Yerin ortası da təklərə küncdür".

Bir az əvvələ qayıdım.

Bilirsiniz, ömrün bir nöqtəsindən sonra adama nə var-dövlət maraqlıdır, nə şan-şöhrət. O da ola "Şöhrət" ordeni. Tək istədiyin iki şey olur: sağlam can və könül rahatlığı.

Salam var-dövlət, şan-şöhrət dalınca qaçmadı. Təkcə ona görə ki, Salam özü ərindi qaçmağa. Həm də ona görə ki, var-dövlət də, rəsmi şöhrət də Salamdan çox qabaqda, çox iri addımlarla qaçırdılar; çatmaq mümkün deyildi. Dünyanın dərdini gündə beş qutu siqaret kimi çəkən Adamın mənsəb dalınca qaçmağa həvəsi də çatmadı, heç nəfəsi də çatmazdı.

Odur ki, "Ədəbiyyat Nazirliyi" də daxil olmaqla "yuxarı"lar ya Salam Sarvanı heç yada salmadı, ya da "lazım olduğundan da" çox və tez-tez unutmağa çalışdı.

Beləliklə, Salam Sarvan xoşbəxtlikdən təkcə xalqın umuduna qaldı.

Başqa nə gözləyirdiniz ki?!

Axı o, Allahın xalqa Salamı idi.

Bizə də: "Əleyküm Salam" demək düşər...

Bir də...

Şairin ad gününə öz şeirlərindən çox sevdiyim birini hədiyyə göndərirəm.

Əziz qardaş-qələmdaş, Sözün zirvəsindəsən: üzün zirvə qarından da ağ, dilin uzundur. Ömrün də uzun olsun! Fəxri Uğurlunun sənin haqqında çox uğurlu essesindəki o sətrast ifadə ilə desəm, "hələlik sonuncu ən böyük şairimiz" Salam Sarvan, Sözün həmişə böyük olsun! Özündən də böyük...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Müəllifdən: Bura qədər mən deyirdim, bundan sonrasını isə Salam Sarvan belə deyib:

BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ

Yuvam dimdiyimdə gəzirəm hələ…

Sənsiz yer də yoxdu, dərbədər mənə

Gəl e, gəl qırılıb qırağa düşmüş

o qol budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –

Oynayım toyuna, batım yasına?..

Hər gün neçə məktub yazıb cırıram,

cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,

gör heç soruşursan, nə çöküntüdü?

Sənli xatirələr dağılıb evə –

bağışla, otağım tör-toküntüdü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri