Icma.az
close
up
RU
Müqəddəsliklərin üstündəki KÖLGƏ: Ben Qvirin təxribatları NƏYƏ YOL AÇIR?

Müqəddəsliklərin üstündəki KÖLGƏ: Ben Qvirin təxribatları NƏYƏ YOL AÇIR?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Son günlər İsrailin ifrat sağçı siyasətçilərinin Əl-Əqsa məscidinə qarşı atdığı təxribat xarakterli addımlar regionda yeni gərginlik dalğasının yaranmasına zəmin hazırlayır.

Bakıvaxtı.az-ın məlumatına görə, xüsusilə, Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yüzlərlə radikal yəhudi ilə birlikdə müqəddəs məkana basqın etməsi, dini ayinlər icra etməsi və bunu ictimai şəkildə nümayiş etdirməsi İslam dünyasında ciddi qəzəb doğurub. İordaniyanın nəzarətində olan bu ərazidə Talmudik ibadətlərin keçirilməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir və bu addımın arxasında İsrail hökumətinin susqunluğu, bəzən isə dolayı razılığı dayanır.

Bütün bunlar fonunda sual yaranır: Beynəlxalq ictimaiyyət bu təxribatlara qarşı hansı tədbirləri görməlidir? İsrailin bu cür davranışları bölgədə yeni qarşıdurmaların başlanğıcına çevrilə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Əslində, İtamar Ben-Qvir ilk dəfə belə bir təxribata yol vermir, bundan əvvəl də o, bu cür addımlarla gündəmə gəlib. Ümumiyyətlə, İsrail kabinetində Ben-Qvir və Smotriç kimi şəxslər Qəzzadakı qarşıdurmanın uzanmasında və məscidə edilən hücumlarda birbaşa rolu olan fiqurlardır: 

"Onlar təkcə münaqişəyə meylli deyillər, həm də İsrail hökumətini, xüsusilə Netanyahu kabinetini HƏMAS-la hər hansı bir razılaşmaya getsə, təhdid etməklə seçilirlər. Tez-tez belə açıqlamalar verirlər ki, əgər hökumət HƏMAS-la anlaşmaya gedərsə, istefa verəcək və hökuməti dağıdacaqlar".

Müsahibimiz qeyd edib ki, son hadisəyə, yəni Əl-Əqsa məscidinə basqına gəldikdə isə, Ben-Qvirin tərəfdarlarının bu addımı Qəzza hadisələri ilə əlaqələndirilirsə də, onu birbaşa və ya dolayı yolla Qəzza ilə bağlamaq düzgün deyil:

"Məscidin statusu 1994-cü ildə İsrail və İordaniya arasında əldə olunmuş razılaşma ilə tənzimlənib. Məscidin inzibati və təhlükəsizlik nəzarəti tamamilə İordaniya polisinin əlindədir və Fələstin tərəfi və ya hər hansı başqa qüvvə buraya birbaşa müdaxilə edə bilməz. Belə olan halda, Ben-Qvirin basqını əslində İordaniya dövlətinə qarşı atılmış bir addımdır".

Kazım Kazımov: Ben-Qvir də məhz bu gərginliyin yaranmasını istəyir

Həmsöhbətimiz onu da əlavə edib ki, digər tərəfdən, bu addım İslam ölkələri və müsəlman xalqları arasında böyük qəzəb doğurur. Əl-Əqsa İslamın üç müqəddəs məscidindən biridir və ona qarşı edilən hər hansı hücum bölgədə gərginliyi daha da artırır: 

"Əslində, Ben-Qvir də məhz bu gərginliyin yaranmasını istəyir. O, radikal-populist ritorika üzərində siyasət aparır və tərəfdarlarına belə vədlər verir. Təəssüf ki, bu cür təxribatlar onun populyarlığını artırır".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Avqust 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri