Murad Dikmen: “Oyuna nəzarəti ikinci periodda itirdik”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Gəncə”nin baş məşqçisi Murad Dikmen FIBA Avropa Kubokunda Türkiyənin “Esenler Erokspor” komandasına doğma meydanda 66:97 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlcə rəqibin gücünə diqqət çəkib:
“Öncə rəqibi təbrik edirəm. Onlar turnirin qalibi olmağa namizədlərdəndirlər. Bu gün “Esenler Erokspor”a qarşı oynamaq bizim üçün əhəmiyyətli idi”.
Dikmen komandanın məhdud heyətlə mübarizə aparmasının sıx təqvimdə çətinlik yaratdığını söyləyib:
“Gəldiyimdən bəri yeddi oyunçunun rotasiyası ilə oynayırıq. Beş legioner və iki yerli basketbolçu ilə çıxış edirik. Hətta yeni gələndə zədəyə görə legionerlərin sayı dörd idi. Bu da işimizi çətinləşdirir. Avropa yarışında çıxış edirik, səfərlərimiz çoxdur və yorğunluq yaranır”.
Baş məşqçi qarşılaşmanın əvvəlində komandasının istədiyi oyunu göstərdiyini, lakin sonradan nəzarəti itirdiyini qeyd edib:
“Oyunun əvvəlində istədiyimiz kimi mübarizə apardıq. Müdafiədə və hücumda yaxşı idik. Amma Bakarinin cəzalı vəziyyətə yaxınlaşması ilə rotasiyaya başladıq və ikinci periodda oyuna nəzarəti itirdik. Demək olar ki, oyun bizim üçün fasiləyə qədər bitdi. Sonradan vəziyyəti dəyişməyə çalışsaq da, fərqi azalda bilmədik”.
Dikmen gənc basketbolçu Aydın İbrahimovun zədələnməsinin də planlarına təsir etdiyini vurğulayıb:
“Aydını daha çox oynatmaq istəyirdik. Ancaq meydana çıxdıqdan 10 saniyə sonra zədələndi. Mörfinin cəzalanması da vəziyyəti daha da çətinləşdirdi. Rəqibin güclü olduğunu bilirdik, amma azarkeşlərə daha yaxşı oyun göstərmək istəyirdik”.
Mütəxəssis qarşıdakı fasilədə zədəli oyunçuların qayıdışına ümid etdiyini əlavə edib:
“Yenə səfər oyunlarımız var. Həm liqada, həm də Avropada oynayacağıq. Sonra iki həftəlik fasilə olacaq. Zədəlilərin də sıraya dönməsi ilə yüksəlişə keçə bilərik”.
Qeyd edək ki, “Gəncə” növbəti avrokubok oyununu noyabrın 18-də səfərdə Yunanıstanın “Kolossos H Hotels” komandasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Noyabr 2026 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















