Icma.az
close
up
RU
Murad Dikmen “Gəncə”nin mövsüm üçün hədəflərini açıqladı

Murad Dikmen “Gəncə”nin mövsüm üçün hədəflərini açıqladı

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Gəncə” ilə mövsümün əvvəlində komandadan ayrıldıqdan sonra əlaqə saxladıq. Rəhbərliklə görüşərək komandanı necə daha yaxşı vəziyyətə gətirə biləcəyimizi, daha yaxşı nəticələr üçün nə etməli olduğumuzu müzakirə etdik. Bir sıra məsələlər ətrafında fikir birliyinə gəldik və beləliklə, birlikdə çalışmağa başladıq”.

Bu sözləri “Gəncə” basketbol komandasının türkiyəli yeni baş məşqçisi Murad Dikmen deyib.

Mütəxəssis mövsüm üçün hədəflərindən və heyətdə mümkün dəyişikliklərdən danışıb.

“İlk növbədə, Azərbaycan Basketbol Liqasını ilk dördlükdə başa vurmaq istəyirik. Hətta bunu bacarsaq, ilk üçlükdə yer almağı hədəfləyirik. Çünki bu, pley-off mərhələsinin yarımfinalında meydan üstünlüyü qazanmaq baxımından vacibdir. Bunun üçün məşqləri daha da yaxşılaşdırmalı, bəlkə də heyətə bir-iki oyunçu cəlb etməliyik. Düşünürəm ki, bu yolla məqsədimizə çata bilərik”, - deyə AZƏRTAC-a açıqlamasında Murad Dikmən vurğulayıb.

Türkiyəli baş məşqçisi kluba FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın “Rilski Sportist” komandası ilə keçirilməli olan oyuna görə verilən texniki məğlubiyyətə də toxunub: “Bolqarıstan komandası ilə oyuna görə verilən texniki məğlubiyyətin detalları barədə dəqiq məlumatım yoxdur. Hazırda bunun komandaya ciddi təsir etdiyini düşünmürəm. Çünki biz yeni başlanğıc etdik və ilk görüşümüzdə çox güclü rəqibə qalib gəldik. Cəmi iki gün sonra, lazımi səviyyədə məşq etmək imkanımız olmadan və çoxsaylı zədələrə baxmayaraq, gənc oyunçulardan təşkil olunmuş heyətlə də yaxşı nəticə qazandıq. İndi əsas məqsədimiz komandanı daha güclü oyuna qaytarmaq və mübarizə əzmini artırmaqdır. Nəticələr də bundan sonra gələcək. Heç kimin motivasiyasının aşağı düşdüyünü düşünmürəm. Qarşıda Rumıniyada səfər qarşılaşmamız var və orada yaxşı oynayaraq müsbət nəticə qazanmaq istəyirik”.

Türkiyəli çalışdırıcı bildirib ki, mövsümün ortasında komandaya gəlmək məşqçi üçün asan deyil: “Çünki heyəti sən formalaşdırmamısan və oyunçuları öz sisteminə uyğunlaşdırmalısan. Buna baxmayaraq, basketbolçular qısa müddətdə sistemimizə uyğunlaşdılar. Mən də onların oyununu təhlil etdim, hər birinin meydandakı rolunu, güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirdim. Mövsümün əvvəlində gəlib heyəti rəhbərliklə birlikdə formalaşdıra bilsəydik, bəlkə də indi tamam başqa şeylərdən danışırdıq. Amma hələ gec deyil. Geniş heyət dəyişikliyi etmək istəmirik. Çünki bu, komandanın kimyasına və oyunçular arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Bir-iki transfer etməyi planlaşdırırıq. Əlimizdə yaxşı oyunçu potensialı var və əsas məqsədimiz onlardan maksimum faydalanmaqdır”.

Daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanan M.Dikmen Azərbaycandan ayrıldığı vaxtla müqayisədə basketbolda böyük dəyişikliklər gördüyünü söyləyib: “Əvvəllər ölkəni avrokuboklarda bir komanda təmsil edirdisə, ötən mövsüm bu say üçə yüksəldi. Onlardan biri Çempionlar Liqasında çıxış edən “Sabah” idi. Bu mövsüm isə artıq dörd komandamız Avropada mübarizə aparır. 3x3 basketbolunda qadınlarımız böyük uğurlar qazanmağa başlayıblar, aşağı yaş qrupları üzrə milli komandalar da irəliləyir. Gənc oyunçulara liqada daha çox şans verilir. Yerli basketbolçuların inkişafını, hakimlərin səviyyəsinin yüksəlməsini də görürəm. Son iki ildə Azərbaycan basketbolu daha baxımlı, izlənilməsi və işləməsi maraqlı olan liqaya çevrilib. Bu inkişafda əməyi olan federasiya rəhbərliyinə, məşqçilərə, oyunçulara və media nümayəndələrinə təşəkkür etmək lazımdır. Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri