Murad Fətiyev: Dünya çempionatında cüdoçularımızın medallarının sayı artacaq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dünya çempionatında Azərbaycan cüdoçularının medallarının sayı artacaq".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan millisinin üzvü Murad Fətiyev (90 kq) jurnalistlərə açıqlamasında deyib.
Bürünc medal uğrunda görüşün çətin keçdiyini vurğulayan cüdoçu komandanın çempionata ciddi hazırlaşdığını bildirib:
"Çox ağır keçən dünya çempionatıdır. Komanda olaraq bu yarışa ciddi hazırlaşmışıq. 5-6 ay ərzində ağır hazırlıq prosesi keçdik. Ümid edirəm ki, sabah Zelim, Uşangi, Kənan da qələbə qazanarlar. Bu uşaqlar həddindən artıq çox əziyyət çəkiblər. Hamısı qalib gələndə mən çox sevinəcəyəm, çünki hamısı gözümün qabağında olub - ağır məşqlərimiz, əziyyət, hər birini görmüşük. Bundan sonra daha yaxşı olacaq".
Qeyd edək ki, M.Fətiyev üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydova qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 08 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















