Icma.az
close
up
RU
Murad Fətiyev dünya çempionatında Azərbaycanın üçüncü bürünc medalını qazandı

Murad Fətiyev dünya çempionatında Azərbaycanın üçüncü bürünc medalını qazandı

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydova qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

15:12

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Oxu.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya uduzub.

O, turnirdəki sonuncu qarşılaşmada bürünc medal uğrunda serbiyalı Nemanya Majdovla mübarizə aparacaq.

14:37

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, millimizin üzvü 1/4 finalda Aleksa Mitroviçi məğlub edib.

M.Fətiyev yarımfinalda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.

14:00

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni uğurla davam etdirir.

Oxu.Az xəbər verir ki, milli üzvü 1/8 final mərhələsində Estoniya təmsilçisi Klen Kristofer Kalyulayd üzərində qələbə qazanıb.

Bu nəticə ilə 1/4 finala yüksələn M.Fətiyev növbəti görüşündə fransalı Aleksa Mitroviçlə qarşılaşacaq.

13:29

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında mübarizəsini dayandırıb.

Oxu.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən milli üzvü 1/8 final mərhələsində Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.

Beləliklə, Elcan Hacıyev turnirdə medal uğrunda mübarizəni davam etdirə bilməyib.

12:27

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, milli üzvü 1/16 final mərhələsində Yunanıstan təmsilçisi Teodoros Tselidisi məğlub edib.

Qeyd edək ki, M.Fətiyev 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydla qarşılaşacaq.

12:21

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda təşkil olunan dünya çempionatında növbəti qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/16 final mərhələsində kanadalı Kiqan Yanqı məğlub edib.

E.Hacıyev 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə qarşılaşacaq.

12:14

Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, milli üzvü 1/16 final mərhələsində yaponiyalı Qoki Tayimaya məğlub olub.

Qeyd edək ki, S.Şükürov turnirdə ilk görüşündə norveçli Kornelius Eylertsenə qalib gəlmişdi.

11:46

Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında çıxışını başa vurub.

Oxu.Az xəbər verir ki, 1/32 final mərhələsində mübarizə aparan milli üzvü ispaniyalı Ai Tsunoda Roustanta məğlub olub.

Beləliklə, S.Ağayeva turnirdə medal uğrunda mübarizəni dayandırıb.

11:09

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/32 final mərhələsində ABŞ təmsilçisi Aleksander Knaufla qarşılaşıb.

Rəqibini məğlub edən E.Hacıyev 1/16 finala yüksəlib.

Cüdoçumuz bu mərhələdə kanadalı Kiqan Yanqla üz-üzə gələcək.

11:05

Azərbaycan cüdoçusu Süleyman Şükürov Bakıda təşkil olunan dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Norveç təmsilçisi Kornelius Eylertsenlə qarşılaşıb.

Rəqibinə qalib gələn S.Şükürov 1/16 finala yüksəlib.

Cüdoçumuz növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə üz-üzə gələcək.

09:08

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında beşinci yarış gününün görüşləri baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 üzvü qadınların -70 kiloqram və kişilərin -90 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaq.

Qadınların -70 kiloqram çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.

Kişilərin -90 kiloqram çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Süleyman Şükürov isə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.

Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. Cüdoçumuz Yahor Varapayev (Belarus) - Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri