Icma.az
close
up
RU
Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

Icma.az, Bizim media saytına istinadən bildirir.

Dünyaca məşhur yapon yazıçı Haruki Murakami süni intellektin (Sİ) bədii ədəbiyyat sahəsindəki rolu ilə bağlı kəskin mövqe bildirib. Müəllif hesab edir ki, neyron şəbəkələr heç vaxt həqiqətən yaxşı bir kitab yaza bilməz, çünki yaradıcılıq prosesi sadəcə analoji hesablama deyil.
Bizim.Media xəbər verir ki, bu bəyanat yazıçının üç ildən sonra işıq üzü görən yeni romanı "Kaho haqqında povest" (The Tale of Kaho) kitabının rəsmi satışa çıxdığı gün səsləndirilib.
"Kyodo News" agentliyinə verdiyi eksklüziv müsahibədə Murakami süni intellektlə öz yaradıcılıq metodu arasındakı fərqi belə izah edib:
"Süni intellekt özündən əvvəl yaradılmış hər şeyi nəzərə alır və onların arasında oxşarlıqlar quraraq nəticə çıxarır. Lakin mənim roman yazma prosesim tamamilə fərqlidir. Yazıçı şüurunda qəfil alovlanan və əvvəllər mövcud olmayan bir şeyi üzə çıxarmalıdır".
Murakami qeyd edib ki, işə dərindən kökləndikdə personajlar öz-özünə canlanır:
"Bu, analoji təhlilin nəticəsi deyil. Süni intellektin belə bir şey etməyə qabiliyyəti yoxdur".
İyulun 3-də gecə yarısı Tokio kitabxanalarında uzun növbələr yaradan oxucularla görüşən "Kaho haqqında povest" Murakaminin yaradıcılığında bir sıra yenilikləri ilə diqqət çəkir:
77 yaşlı müəllif karyerasında ilk dəfə olaraq mərkəzi personaj kimi bir qadını – 26 yaşlı uşaq kitabı müəllifi Kahonu seçib.
Yazıçı bildirib ki, bu kitabı yazarkən dünyanı tamamilə fərqli gözlərlə görməyə çalışıb:
"Əlbəttə, mən yalnız təsəvvür edə bilərəm, amma bir yazıçı istədiyi hər kəsə çevrilə bilər".
Kitab üzərində işləməzdən əvvəl ABŞ-ın Wellesley qadın kollecində bir müddət keçirən Murakami bu atmosferin "qadın baxışını" mənimsəməsinə təsir etdiyini vurğulayıb.
Romanın əsası 2024-cü ilin iyunundan 2026-cı ilin martınadək "Shincho" jurnalında hissələrlə dərc olunan silsilə hekayələrdir. 352 səhifəlik əsərdə Kaho adlı gənc qadının kor-təbii bir tanışlıqdan sonra yaşadığı qəribə və sürreal hadisələr silsiləsi təsvir olunur. Əsər Murakamiyə xas olan sehrli realizmi modern reallığın çətinlikləri ilə birləşdirir.
Yazıçı etiraf edib ki, əvvəllər ədəbiyyatda "ata və övlad münasibətləri" mövzusuna o qədər də maraq göstərməsə də, bu kitabda yeni bir eksperiment kimi bu mövzuya müraciət edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 İyul 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri