Icma.az
close
up
RU
Milyonların sevimlisi “tənha” Haruki Murakami haqqında kitab

Milyonların sevimlisi “tənha” Haruki Murakami haqqında kitab

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

(Gülnar Yunusovanın “Haruki  Murakami. Postmodern ədəbiyyatın kultu” monoqrafiyası haqqında)


“Sanki doğulduğumdan bəri tənha idim, 

indiyə kimi hər zaman tənha olmuşam və

 bundan sonra da yolumu tənha davam etdirməli olacam”

Haruki  Murakami


Haruki Murakaminin “mənim, “bəli, mən roman yazım”, – deyə ilk dəfə ağlımdan keçirdiyim andı bu. Açıq səma, yaşıl tər çəmənlərin toxunuşu, beyzbol çomağının həzz verən səsini hələ də xatırlayıram. O an göylərdən bir şey səssizcə süzülərək aşağı enmiş və mən də onu uğurlu şəkildə yaxalamışdım sanki” sözləri ilə başlayan kitabını Gülnar Yunusova da belə uğurlu şəkildə yazaraq nəşr etdirmişdir.

Filologiya üzrə fəlsəfə doktoruGülnar Yunusovanın AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş “Haruki  Murakami. Postmodern ədəbiyyatın kultu” monoqrafiyası (Bakı, “Elm və Təhsil”, 2025, 260 s.) müəllifin sözləri ilə desək, “dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna çevrilmiş”, “Küləyin nəğməsini dinlə” romanı ilə Yaponiyadakı ədəbiyyat səhnəsini dəyişdirməyi bacarmış çağdaş yapon yazıçı”sının zəngin yaradıcılığının tədqiqinə həsr olunub. Görkəmli postmodernist yazıçının çoxsaylı romanları ilə yanaşı, XX əsrin sonları və yeni yüzilliyin əvvələrində yapon ədəbiyyatının öyrənilməsi, ümumi ədəbi tendensiyanın müəyyənləşdirilməsi sahəsində də ədəbiyyatşünaslığımızda ilk monoqrafiya kimi dəyərli və yolgöstərəndir.

Haruki  Murakami fərqli ədəbi görüşləri, həyatı fəlsəfi dərki, reallığa özünəməxsus baxışı, problemləri orijinal çözümü, yaxud da çözümsüzlüyü ilə seçilən yazıçılardandır. Ədib, eyni zamanda, mühitində yeni bir mərhələnin başlanğıcı və dünyaya ötürücüsü idi. G.Yunusovanın haqlı olaraq yazdığı kimi, “Haruki Murakami böyüməkdə olan postmodern yapon cəmiyyətinin tipik nümayəndəsi idi və bu cəmiyyətin əsas narahatlıqlarını böyük məharətlə qələmə alaraq dünya arenasına çıxartmışdır”.

Gülnar Yunusova Murakami yaradıcılığında postmodernizmi tədqiq etməklə, eyni zamanda, yazıçının ədəbi nümunələrinin başlıca xüsusiyyətlərini də müəyyən edir və bu nəticəyə gəlir ki,postmodernizm Murakami əsərlərinin əsas təzahür formasıkimi ön plana çıxır. Bu baxımdan, G.Yunusova haqlı olaraq, H.Murakaminin ədəbi dünyagörüşünün ədəbiyyatlar və daha geniş mənada, mədəniyyətlərarasısı ortaq ədəbi-fəlsəfi konsepsiyalar əsasında formalaşdığını və bunun yazıçının bütün yaradıcılığını izlədiyini elmi şəkildə, bədii nümunələrə istinad edərək əsaslandırır. Haruki Murakami yaradıcılığında multikultural dəyərlərin qabarıq şəkildə öz əksini tapmasını onun əsərlərinin digər mühüm cəhəti kimi qiymətləndirən müəllif “ədibin postmodern ədəbiyyatın ifadə vasitələrindən yaradıcı şəkildə istifadə etməklə Qərb mədəniyyətinin elementlərini əsərlərində birləşdirərək özünəməxsus yazı üslubu” formalaşdırdığını da göstərir. Yəni milli ədəbiyyat, Qərb mədəniyyətinin müasir istiqamətləri və onların ortaq müstəvisində multikultural ədəbi dəyərlərin ifadəsi H.Murakami yaradıcılığının əhəmiyyətli cəhəti kimi müəyyənləşdirilir. 

Kitabda H.Murakami yaradıcılığı yeni tipli ədəbiyyatın nümunəsi kimi qiymətləndirilir. G.Yunusova bu qənaətə gəlir ki, “mənəvi-psixoloji, ədəbi-fəlsəfi, sosial xarakter daşıyan Haruki Murakami yaradıcılığının tədqiqi, xüsusilə də keçən əsrin sonları və yeni yüzilliyin əvvəllərindəki yeni tipli ədəbiyyatın əsas məziyyətlərini, mahiyyət və forma özəlliklərini özündə ehtiva edən postmodernist nəsrinin öyrənilməsi”dir. 

Yaponiyada postmodernizmin yaranmasi, formalaşması və məziyyətlərindən bəhs edərkən müəllifin postmodernizmin “XX əsrdə ictimai-tarixi, mənəvi-mədəni, sosial-iqtisadi inkişafın yeni modeli kimi meydana gəldiyini” söyləməsi, sistemli və ictimai-sosial, elmi-mədəni, ədəbi-fəlsəfi aspektləri ilə tədqiqə cəlb etməsi, həm tarixi, həm də ədəbi-nəzəri istiqamətdə təhlili fərqli yanaşması ilə seçilir, ədəbi cərəyanın şərhinə yeni çalarlar gətirir. 

Monoqrafiya XX əsr yapon ədəbiyyatının geniş mənzərəsini təqdim edir: Təcrid olunma siyasətini bitirmiş Yaponiyanın XX əsrdə yeni inkişaf mərhələsinə qədəm qoyması, keçən əsrin ilk onilliklərində müasir yapon ədəbiyyatının təməlinin qoyulması, Qərb ədəbiyyatına meylin güclənməsi, milli ədəbi düşüncənin öz sərhədlərini genişləndirməsi, xüsusilə də əsrin ikinci yarısında, II Dünya müharibəsindən sonra ədəbiyyatda yaranmış yeni istiqamət, təmayül və cərəyanların formalaşması, postmodernizmin mədəniyyətin müxtəlif sahələrində təzahür keyfiyyətləri, yapon yazıçıları arasında fərqli dünyagörüşə malik ədiblərin ortaya çıxması, milli ənənələrə sadiqlik və Qərb meyli kimi iki ayrı istiqamətin müşahidə olunması, yapon postmodernist ədəbiyyatının özünəməxsus cəhətlərini şərtləndirən tarixi-ictimai şərait. Oka Şyouhey, Noma Hiroşi, Dazay Osamu, İbuse Masucini, Fukanaqa Takehiko kimi yazıçıların fəaliyyəti fonunda yapon ədəbiyyatı mənzərəsini yaradan Gülnar Yunusovaya görə, “Yaponiyada postmodernizm kifayət qədər uzun təşəkkül yolu keçmişdir. Yaponiyada postmodernizm elementləri uzun müddət mövcud olsa da, 1970-1990-cı illərdə daha qabarıq şəkildə ön plana çıxmışdır. 1930-1940-cı illərdən önə çıxan milli kimlik məsələsi 1980-1990-cı illərdə daha da güclənmiş və yapon ədəbiyyatına ciddi təsir göstərmişdir”. Müəllif, eyni zamanda, yeni məzmunlu və perspektivli çoxsaylı postmodern ədəbiyyat nümunələrinin meydana çıxdığını qeyd edir, Ryu Murakami, Ş.Masahiko, Takahaşi Geniçiro, Kobayaşi Kyoucivə digər yazıçıların fəaliyyət göstərdiyi ədəbi mühitə nəzər salır. “Dildə özgələşmə məsələsi, hekayətin zaman və məkan çərçivələrinin dağıdılması, ənənəvi uydurma şərtiliklərinin pozulması, əvvəlki mətnlərdən istifadə zamanı parodiyalılıq, əhvalatı əhvalatın içində yaratmaq üsulu” ilə müəyyənləşən, 1970-80-ci illərdə yazılmış postmodern bədii ədəbiyyat nümunələrinin ortaya çıxardığı mənzərənin təqdimi və təhlili H.Murakaminin postmodern dünyagörüşünü formalaşdıran amillərin meydana çıxarılmasına yönəldilir və G.Yunusova bunu uğurlu şəkildə həyata keçirir. H.Murakamini mühitində və çevrəsində öyrənmək, dərk etmək G.Yunusovanın kitabdakı çox mühüm uğurlarındandır.

Haruki Murakamini “XX əsrin ikinci yarısından sonra yapon ədəbiyyatında önə çıxan, əsərləri ilə bir çox qlobal və bəşəri problemləri ortaya qoyan, milli ədəbiyyata özünəməxsus yanaşma tərzi ilə seçilən yazıçılardan biri” kimi qiymətləndirən G.Yunusova yazıçının həyatı və yaradıcılıq yolunu öyrənərkən də sadəcə bioqrafik məlumatları ardıcılıqla yazmır, dövrün postmodernist xüsusiyyətləri, ədəbi mühitdəki spesifik məsələlər kontekstində yanaşır.

H.Murakamini əsərlərindəki avtobioqrafik cəhətlərin bir müstəvidə və müəyyən sistem daxilində əlaqələndirilməsi həm yazıçının dünyagörüşünü formalaşdıran amillərin daha dərindən açılmasına şərait yaradır, həm də tədqiqat işini zənginləşdirir. “Küləyin nəğməsini dinlə”, “Norveç meşəsi”, “Sərhəddən cənubda, Günəşdən qərbdə” romanları və digər əsərlərə istinad, yapon cəmiyyətinin milli həyatı və ona təsir göstərən Qərb amillərinin əsərlərdən gətirilən örnəklərlə paralel şəkildə təqdim edərək qoyulan məsələnin daxilinə nüfuz etmək G.Yunusovanın səriştəsindən və geniş araşdırma planından xəbər verir. Burada mühüm bir məqamı da qeyd etmək lazımdır ki, H.Murakaminin yaradıcılığını, xüsusilə də romanlarını daha dərindən anlamaq, onları düzgün təhlil etmək üçün yazıçının həyat yolunu və həyata baxışını, dünyagörüşünü bilmək çox vacibdir, bu baxımdan da G.Yunusova sözügedən zəruriyyəti anlayaraq problemə əhatəli şəkildə yanaşır, yazıçı xarakterini aydın formada ifadə etməyə nail olur. Məhz bunun nəticəsində H.Murakami yaradıcılığındakı ədəbi məsələlər, Qərb ədəbiyyatına meyli, milli mədəniyyətə, musiqi, idmana münasibət və digər cəhətlər də bəlli olur. 

Gülnar Yunusova H.Murakamininyaradıcılığına geniş aspektdə yanaşır, ədibin sırf postmodernist romanlarına qədərki keçid mərhələsində qələmə aldığı, özündə həm postmodernizmin, həm də realizm, surrealizm və kosmopolitizmin cəhətlərini daşıyan əsərlərinin tədqiqinə də yer ayırır. Məlumdur ki, postmodernizm, müəyyən mənada, sinkretik sənətdir, o özündən əvvəlki bir sıra ədəbi cəryanlardan fərqlənsə də, onların bəzi xüsusiyyətlərindən də kənarda deyil. Bu baxımdan da, H.Murakaminin yaradıcılığında postmodernizmin xüsusiyyətlərini müəyyən etmək üçün digər məsələləri, yazıçını postmodernizə aparan yolu izləmək çox önəmlidir. Müəllif “yazıçının yaradıcılığını konkret olaraq hansısa bir kateqoriyaya daxil etmək, romanlarının janrını, formasını müyyən etmək bir qədər çətindir. H.Murakaminin postmodern ədəbiyyatda önəmli nümunə hesab olunan yaradıcılığı kosmopolitzm, realizm, sürrealizm, magik realizm, dedektiv, elmi fantastika, şamanizm, ekzistensializm elementlərinin mövcudluğu ilə də səciyyələnir”, - deyə yazır. Həmin kontekstdən yanaşdıqda H.Murakaminin “Küləyin nəğməsini dinlə” romanında kosmopolitizmi, “Norveç meşəsi” əsərində yapon gerçəkliklərini, fərqli əsərlərində, eyni zamanda, Murakaminin ən yaxşı postmodern əsərlərindən biri kimi dəyərləndirilən “Kafka sahildə” romanında sürrealist yanaşmalarıtədqiq etməkmonoqrafiyada diqqəti cəlb edir. G.Yunusova belə qərara gəlir ki, “H.Murakaminin yaradıcılığında müxtəlif ədəbi istiqamətlərin izlənilməsi postmodernizmin plüralist mahiyyətini ehtiva etməkdədir. Müxtəlifyönlülüyü, çoxistiqamətliliyi ilə seçilən postmoderizm özündən əvvəlki mədəniyyətlər, ədəbi istiqamətlər, düşüncə və ifadə tərzləri üzərində qurulur” və bu qənaət yazıçının əsərlərinin tədqiqi zamanı özünü doğruldur. 

Kitabda görkəmli yazıçının “həm beynəlxalq miqyasda, həm də çağdaş Yaponiyanın təmsilcisi olmaqla dünya postmodernist ədəbiyyatına mühüm töhfələr verən” romanlarından “Qoyun ətrafında macərə”, “Mexaniki quşun xronikası”, “Qaranlıqdan sonra”,  “Küləyin nəğməsini dinlə”, “Pinbol 1973”, “Dünyanın sonu və Qızğın möcüzələr diyarı” və digər əsərlərinin araşdırılması Azərbaycan ədəbiyyatşünaslığı və oxucularına mühüm töhfədir.

G.Yunusova “Qoyun ətrafında macəra” romanını metaqurğu nümunəsi kimi geniş şəkildə təhlil edir, burada postmodernist romana xas olan intertekstuallıq, metatekstuallıq, metafiksiya kimi ünsürləri özündə cəmləşdirən çoxluluq anlayışını, təhkiyəçi məsələsi, keçmiş tarixi hadisələr və bugünün vəhdətini nəzərdən keçirir. Müəllif haqlı olaraq belə qərara gəlir ki, “Qoyun ətrafında macəra” romanında postmodernizmin mətnlə oyun, semiotika, dəyərlərin yenidən qiymətləndirilməsi, poststrukturalist estetika, rizomatik təfəkkür, metonimiyalılıq kimi nəzəri məsələləri bədii şəkildə təsvir olunmuşdur”. Romanda əsas mövzu olan fərdi şəxsiyyət uğrunda mübarizə, cəmiyyətin mövcud quruluşu və hegemon bir kimlik tətbiq etməsi arasındakı döyüş, eyni zamanda, şəxsiyyət axtarışı və həqiqət, valideynlərlə problemli münasibətlər, tarixi hadisələr və indiki zaman, kapitalizm tələsi, marjinal xarakterlərin qeyd olunan postmodernist ünsürlərlə öz bədii həllini tapması nəzəri fikirlərə istinad edərək və bədii nümunələr əsasında ortaya çıxarılır. 

 “Mexaniki quşun xronikası” romanında postmodernizm məsələlərinin şərhi, postmodernist nəsrin nəzəri və tarixi istiqamətdə dəyərləndirilməsi, məzmun, forma və struktur baxımından təhlili də monoqrafiyanın önəmli hissələrindəndir. G.Yunusova romanın əsas səciyyəsini açmağa nail olur, müxtəlif hekayətlər – üz-üzə hekayələr, məktublar, qəzet məqalələri, kompüterdə saxlanılan yazılar və röya kimi vasitələrlə təqdim olunan əsərin, “həm tarixi həqiqətləri, həm də uydurmanı bir-biri ilə birləşdirən hekayə mozaikası” kimi dəyərləndirdiyi romanın səciyyəvi keyfiyyətlərini şərh edir. H.Murakaminin postmodernist romanları arasında müqayisə də aparan G.Yunusova haqlı olaraq belə bir qənaətə gəlir ki, “Qoyun ətrafında macəra” romanında öz kimliyini axtaran Bokunun səyahətinin Yaponiyanın tarixi hadisələrindən süzülərək keçməsinə baxmayaraq, “Mexaniki quşun xronikası” romanı H.Murakaminin tarixə yönəlməsini və fərdin postinsana çevrilməsinin birbaşa təmsil etdiyi cəmiyyətin tarixində yaşananlarla bağlı olmasını ən qabarıq şəkildə nümayiş etdirən əsərdir”. 

“Qaranlıqdan sonra” romanında yazıçı postmodern cəmiyyətin təşviq duyğularını bədiiləşdirməyə davam etmişdir” düşüncəsindən yola çıxan G.Yunusova müəyyən mənada ssenari şəklində yazılmış romanda yazıçının coğrafiya, bədən və kinematik vizuallaşdırma ilə təcrübələr apardığını qeyd edir. Orijinal quruluşa malik romanın bir-biri ilə kəsişən hekayətləri əhatə etdiyi və bütün bunların oxucuya hadisələri görünməz şəkildə, sanki bir müşahidə kamerası kimi izləyən üçüncü naməlum şəxs tərəfindən çatdırıldığı müəllif tərəfindən doğru şəkildə təsbit edilir. 

Kitabın tərtibatı, elmi strukturu, bir sıra ingilisdilli və yapondilli elmi əsərləri, ilk dəfə olaraq, elmi dövriyəmizə daxil etməsi, H.Murakaminin tədiqata cəlb olunan bütün əsərlərinin orjinallarına müraciət olunması da çox əhəmiyyətli cəhətlərdəndir. 

Gülnar Yunusova kitabda Haruki Murakaminin “Peşəm yazıçılıq” əsərindən maraqlı bir nümunə təqdim edir: “İnsanların qəlbinin divarlarında yeni bir pəncərə açıb onu təmiz hava ilə doldurmaq istəyirəm. Roman yazanda həmişə düşündüyüm və arzuladığım budur. Məntiqi bir kənara qoyaraq, ancaq və ancaq ən saf şəkildə”.

Bu kitabın da Azərbaycan elmi mühiti və oxucuları üçün yapon ədəbiyyatına yeni bir pəncərə açacağına inanıram.


Bəsirə Əzizəli,

Filologiya elmləri doktoru 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see175

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see169

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see164

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see150

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see139

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri