Icma.az
close
up
RU
Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə tədqiqatların nəticələri təqdim olunub

Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə tədqiqatların nəticələri təqdim olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Məruzəni təqdim edən institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov dissertasiya işi üzrə aparılmış tədqiqatların nəticələrindən bəhs edib. O bildirib ki, aktiv istifadəçi qrupları tərəfindən intensiv istifadə olunan bulud resurslarının onlara yaxın serverlərdə optimal yerləşdirilməsi yolu ilə şəbəkə gecikmələrinin azaldılmasını təmin edən metod işlənmişdir.

Dosent R.Ələkbərov mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi ilə bağlı aparılan tədqiqatları da diqqətə çatdırıb. O, həmçinin bulud hesablama sistemlərinin komponentlərində yaranan təhlükəsizlik problemlərinin araşdırıldığını və səviyyələrə əsaslanan təhlükəsizlik modeli çərçivəsində tövsiyə və mexanizmlərin işlənildiyini vurğulayıb. Bildirib ki, bulud əsaslı kiberfiziki sistemlərdə təhlükəsizlik məsələlərinin həlli üçün səviyyələr üzrə yanaşma tətbiq edilmiş, hər bir səviyyədə mövcud boşluqlar və potensial təhdidlər ətraflı şəkildə təhlil edilmiş, problemlərin aradan qaldırılması üçün effektiv mexanizmlər və tövsiyələr təqdim olunub.

Daha sonra dissertasiya işinin nəticələrinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev dissertasiya işinin müasir dövrün aktual elmi problemlərinə həsr olunduğunu bildirib. Alim qeyd edib ki, bulud serverlərinin xarici ölkələrdə yerləşdirilməsi milli informasiya təhlükəsizliyi üçün ciddi risklər yaradır, xüsusilə kibertəhlükəsizlik, iqtisadi təhlükəsizlik və məlumat suverenliyi ilə bağlı əlavə təhdidlər meydana çıxır. Bu baxımdan tədqiqatın kibersuverenlik kontekstində aparılması xüsusi əhəmiyyət kəsb edir.

Akademik R.Əliquliyev elmi seminarda səsləndirilən təklif və tövsiyələrin nəzərə alınmasının tədqiqatların daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri