Icma.az
close
up
RU
Murovdağ əməliyyatının qaranlıq tərəfləri: itkilərimizin sayı… 31 illik sirr açıldı

Murovdağ əməliyyatının qaranlıq tərəfləri: itkilərimizin sayı… 31 illik sirr açıldı

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə 1994-cü ildə baş vermiş Murovdağ döyüş əməliyyatları müzakirə edilir. Bu istiqamətdə səsləndirilən rəqəmlər birmənalı deyil. Döyüşlərdə 1600-1700 nəfərin donaraq şəhid olduğu iddia edilsə də, reallığın tamamilə fərqli olduğunu bildirənlər var.

Qeyd edək ki, Murovdağ əməliyyatı 9 dekabr 1993-cü ildə başlayıb, 1994-cü ilin 13 fevral tarixinə qədər davam edib. Əməliyyatlar dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə qeydə alınıb. Sərt iqlim, qalın qar örtüyü, güclü külək və uçqun təhlükəsi səbəbindən bir çox komandirlər bu əməliyyatı dəstəkləməyib…

Səsləndirilən fikirlərdə reallıq payı nə qədərdir? Murovdağ döyüş əməliyyatlarında nə qədər hərbçi şəhid olub?

Globalinfo.az-a danışan Qarabağ qazisi Rey Kərimoğlu sözügedən döyüş əməliyyatlarında iştirak etmədiyini, lakin müəyyən məlumatının olduğunu bildirib:

“2013-cü ildə Kələbəcər-Murovdağ əməliyyatı ilə bağlı veriliş çəkilirdi. Döyüşdə iştirak edən briqada komandirinin müavini Nəriman Zeynalov burada rəqəmlər səsləndirdi. Onun sözlərinə görə, məhkəmə istintaqı ilə bəlli olub ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var. Qəhrəman döyüşçülərimiz sayəsində isə düşmən 800 nəfər itirib. Əməliyyata Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov rəhbərlik edirdi, plan onundur. Əslində səhv də Sadıqova məxsusdur, bu, onun cinayət əməlidir. Bu məsələdə tutulmalı olan iki adam var idisə, biri də Nəcməddin Sadıqov idi. Təəssüf ki, gözləntilər özünü doğrultmadı”.

Rey Kərimoğlu

R.Kərimoğlu deyib ki, bəziləri bu döyüşdəki itkiləri bilməyərək yanlış yazırlar:

“Dünəndən geniş əməliyyatlarla bağlı fikirlər paylaşılır. Amma söhbət Murovdağdakı əməliyyatdan gedir. 1993-cü ilin dekabr ayında Azərbaycan ordusu qış hücum kampaniyasına başlamışdı. Bu, yaza qədər davam etdi. Horadiz əməliyyatı oldu, Ağdam-Tərtər istiqamətində ermənilərin hücumu başladı, Kəlbəcərin bir neçə kəndi azad edildi və sair. Lakin söhbət ordumuzun fevral ayında olan itkilərindən gedir. Digərləri barədə məlumatımız yoxdur. Məhkəmədə kimsə 1500 nəfərin donaraq şəhid olduğunu desə də, bu, təsdiq olunmayıb. Bu adamların valideynləri, yaxınları var, niyə gəlib müraciət etmədilər? Həmçinin Heydər Əliyevin hakimiyyətində hər şey nizama salınmışdı. Əmrdə iştirak edən zabitlərin, əsgərlərin adları qeydə alınıb. Düşünürəm ki, Nəriman Zeynalov düz deyir. Ola bilsin ki, orada təqribi 300-400 nəfər itkin düşüb, qalanları da donvurmadan əziyyət çəkib”.

Murovdağ əməliyyatında donvurmadan əziyyət çəkmiş əsgərlər

Qarabağ qazisi əməliyyatda iştirak edən zabitlərin də adlarını sadalayıb:

“Rəfiyev Valeh, Qarayev Qorxmaz, Nəsibov Balay, Zeynalov Nəriman, Qurbanov Qurban, Ləzimov Bəhram, Hüseynov Zamin, Həsənov Xəyyam, Əliyev Elsevər, Əsədov Gəray və digərləri…”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri