Icma.az
close
up
RU
Müsabiqə qaliblərinin rənglərdən yoğurulan Vətən sevgisi MÜSAHİBƏ

Müsabiqə qaliblərinin rənglərdən yoğurulan Vətən sevgisi MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, Fidan Əlizadə, AZƏRTAC

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC-ın “Uşaq Bilik Portalı”nın və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” mövzusunda rəsm müsabiqəsinin qalibləri agentliyin müxbiri ilə söhbət əsnasında arzu və istəklərini dilə gətiriblər.

 Rənglərlə danışan ürək

Müsabiqə, birinci yerin sahibi Nigar Ömərovanın yaddaşında həm böyük sevinc, həm də unudulmaz təcrübə kimi qalacaq. O deyib ki, müsabiqə sadəcə rəsm çəkmək yox, Vətəni duymaq, içindəki sevgini rənglərə çevirmək imkanı idi. “Mən fırçam ilə Vətənin gözəlliklərini canlandırmağa çalışdım. Məncə, hər uşaq rənglərlə danışmağı bacarır. Əsas olan içindəki sevgini dürüst göstərməkdir. Rəsm çəkərkən zaman sanki dayanır. Hər fırça toxunuşunda bir ümid, arzu, xatirə gizlənir. Vətənimi sevirəm və bu sevgini sözlə yox, rənglərlə danışdırmaq mənim üçün daha doğmadır. Belə müsabiqələr uşaqların dünyasını rəngləndirir və onları yeni uğurlara ruhlandırır. Ailəmə sonsuz təşəkkür edirəm ki, hər zaman məni dəstəkləyirlər”,- deyə Nigar əlavə edib.

Fırçada əks olunan Odlar Yurdu

Müsabiqədə ikinci yerə layiq görülən Afşin Sadıqzadə İncəsənət Gimnaziyasında rəsm ixtisası üzrə təhsil alır. Rəssamlığa sevgisi hələ 3 yaşından başlayıb. O gündən bu günə qədər rəsm çəkmək onun ən sevimli məşğuliyyətinə çevrilib.

O deyib: “Müxtəlif müsabiqələrdə iştirak etməyi sevirəm. “Vətənin tərənnümü” adlı beynəlxalq müsabiqədə iştirak isə mənim üçün həm sevindirici, həm də ruhlandırıcı oldu. Bu layihədə iştirak Vətənə olan sevgimi sənət vasitəsilə ifadə etməyimə imkanı verdi. Hazırladığım “Odlar Yurdu Azərbaycan” adlı əsərdə Atəşgah, Şuşa qalası, Xarıbülbül, Qız Qalası və buta rəmzlərini bir kompozisiyada birləşdirmişəm”.

Afşin eyni zamanda idman sahəsində də uğur qazanıb. O, 4 ildir ki, Su İdman Sarayında üzgüçülüklə məşğul olur. Bu yaxınlarda arxasıüstə üzmə yarışında 2-ci, triatlon yarışında isə 3-cü yerə çıxaraq həm fiziki, həm də yaradıcı sahədə fəallığını sübut edib.

Vətənin rənglərdə təcəssümü

Müsabiqənin üçüncü yer üzrə qalibi Nuray Məmmədlinin cəmi 10 yaşı olsa da, fırçası ilə duyğularını ifadə etməyi, rənglərlə danışmağı bacarır. Rəsm çəkməyə sevgisinin kiçik yaşlarından başladığını diqqətə çatdıran balaca rəssam deyib: “Rəsm çəkərkən ən çox hiss etdiyim duyğu Vətənlə fəxr etməkdir. Rəsmlərimdə Şuşa, Qarabağ, Azərbaycanın təbiəti və tarixi abidələri mühüm yer tutur. Bir rəsmdə Xurşidbanu Natəvan obrazına yer verərək həm güclü qadın simvolunu, həm də mədəni irsi canlandırmışam. Muğam alətləri, Qarabağın atları, çiçəklər və Şuşa qalası da bu əsərin əsas detallarındandır. Başqa bir rəsmdə isə Azərbaycanın müxtəlif bölgələrini təsvir etmişəm. Mən hər bölgədən bir simvol seçərək nar, limon, xalça, musiqi alətləri, dağlar, dəniz rənglərlə ifadə edirəm”.

Nurayın arzusu gələcəkdə tanınmış rəssam olmaqdır. O istəyir ki, çəkdiyi rəsmlərə baxanlar desin: “Bu, Azərbaycan qızıdır”!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri