“Müsabiqədə iştirakçıdan 10 min alırdım və birinci edirdim” Namiqdən etiraf
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aşıq Namiq Fərhadoğlu səmimi etirafı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, “Həmin Zaur” verilişində qonaq olan ifaçı “Təşkil etdiyiniz müsabiqədə iştirakçılardan pul alaraq onları qalib etdiyiniz haqda xəbərlər yayılmışdı. Bu, doğru idi” sualına belə cavab verib:
“Bəli, doğru məlumatdır. 10 min alırdım və həmin iştirakçını birinci edirdim. Çünki "Sənin ulduzun" müsabiqəsinin layihə rəhbəri özüm idim. Dövlətə də 18 faiz vergi ödəyirdim. Heç kim o cəsarətin sahibi deyil ki, sözü desin və qaçıb gizlənsin. Heç vaxt da narazılıq olmayıb. Çünki iki nəfərdən pul almırdım, yalnız birindən alırdım və buna görə də üzüm ağ idi. Həmin adama da axıra qədər dəstək olurdum. Götürdüyüm pulu da SMS-lərə xərcləyərək onu qalib edirdim. Məni elə buna görə sevirlər ki, çəkinmədən sözün düzünü deyirəm".
Baxış sayı:42
Bu xəbər 06 Noyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















