Icma.az
close
up
RU
Müsadirə, yoxsa investisiya fondu? Aİ Rusiya aktivləri ilə bağlı qərar astanasında

Müsadirə, yoxsa investisiya fondu? Aİ Rusiya aktivləri ilə bağlı qərar astanasında

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyası Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın bərpası üçün dondurulmuş təxminən 200 milyard avro həcmində aktivlərin köçürülməsi sxemi üzərində işləyir. Bu barədə Avropa rəsmilərinə istinadən Politico məlumat yayıb.

Məlumata görə, Brüssel Avropa ölkələrinin bu aktivləri Ukrayna üçün daha çox gəlir gətirə biləcək, lakin daha riskli fonda köçürməyə nə dərəcədə hazır olduğunu yoxlayır. Mənbələrin sözlərinə görə, Aİ bu yolla Rusiyaya təzyiqi artıraraq onu danışıqlar masasına əyləşdirmək niyyətindədir. Plan, həmçinin Moskvanın müharibədən sonra Kiyevə təzminat ödəməkdən imtina etməsi ehtimalı üçün nəzərdən keçirilir.

Qeyd olunur ki, sözügedən variant Rusiya aktivlərinin dərhal müsadirə edilməsini nəzərdə tutmur. Məsələnin müzakirələri avqustun 30-da Danimarkanın paytaxtı Kopenhagendə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə əsas gündəm mövzusuna çevriləcək.

Nəşrin əldə etdiyi hazırlıq qeydlərinə əsasən, nazirlər Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən gələn gəlirlərin istifadəsi üçün əlavə variantlara baxacaqlar. Avropa ölkələri, 2026-cı ildə büdcə kəsiri təxminən 8 milyard avro təşkil edəcək Ukraynanın maliyyələşdirilməsini davam etdirmək üçün yeni ideyalar axtarırlar.

Estoniyanın hüquqi və konsulluq məsələləri üzrə xarici işlər nazirinin müavini Kerli Veski bildirib: “Biz eşidirik ki, milli maliyyə və ya Aİ büdcəsindən pul toplamaq getdikcə çətinləşir. Ancaq bu aktivlərimiz var və məntiqi sual ondan ibarətdir ki, biz bu aktivləri necə və nə üçün istifadə etmirik?”

Politico yazır ki, Avropa ölkələrində bu məsələdə fikir ayrılığı var. Baltikyanı ölkələr və Rusiya ilə sərhəddə yerləşən digər dövlətlər Aİ-nin Rusiya aktivlərini tamamilə müsadirə etməkdə israr edirlər. Bu ideya Latviya mənşəli Avropa Komissiyasının iqtisadiyyat komissarı Valdis Dombrovskis və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas tərəfindən də dəstəklənir.

Lakin Qərbi Avropa ölkələri – Almaniya, İtaliya və Belçika – bu təşəbbüsə ehtiyatla yanaşır. Xüsusən də Belçika hüquqi və maliyyə riskləri səbəbilə müqavimət göstərir. Çünki Rusiya aktivlərinin böyük hissəsi məhz bu ölkədə yerləşən Euroclear maliyyə təşkilatında saxlanılır.

Avropa Komissiyasının hüquqşünasları isə alternativ variant kimi Rusiya aktivlərinin “xüsusi məqsədli struktur”a köçürülməsini nəzərdən keçirirlər. Bu model bir sıra Aİ ölkələri tərəfindən dəstəklənir və Avrozonaya daxil dövlətlərin dəstəyi ilə, Aİ müqavilələrindən kənarda yaradılmış Avropa Sabitlik Mexanizmi ilə müqayisə olunur.

Mənbələrdən birinin sözlərinə görə, Ukrayna üçün yaradılacaq yeni fondun G7 ölkələri, o cümlədən Böyük Britaniya və Kanada üçün də açıq olması planlaşdırılır. Jurnalistlərin qeyd etdiyinə görə, bu struktur uyğun vaxtda aktivlərin Ukraynaya ötürülməsi üzərində Aİ-yə daha geniş nəzarət imkanı verəcək.

Daha əvvəl Almaniya kansleri Fridrix Merz bildirmişdi ki, Rusiya Mərkəzi Bankının aktivlərini ələ keçirmək cəhdləri maliyyə bazarlarına mənfi təsir göstərə bilər. Onun mövqeyini Belçika baş naziri Bart De Vever də dəstəkləyib.

De Vever əlavə edib ki, Rusiya aktivləri toxunulmazdır və dövlət vəsaitlərinin müsadirəsi ilə bağlı siyasi qərar qəbul olunacağı təqdirdə digər ölkələr öz aktivlərini Aİ-dən çıxarmağa başlaya bilərlər. Onun sözlərinə görə, bu yanaşma hüquqi baxımdan ciddi risklər daşıyır.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri