Icma.az
close
up
RU
Müsavat və AXCP hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdilər Deputat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Müsavat və AXCP hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdilər Deputat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Heç bir aviakampaniya, hava yolları şirkəti qəzadan 100 faiz sığortalana bilməz. Nəzərə almaq lazımdır ki, AZAL dünyanın ən keyfiyyətli xilmət göstərən və ən təhlükəsizlik hava yolları şirkətindən biridir. Biz bunu əyani şəkildə, qəza baş verərkən bir daha da gördük. Pilotlarımız çox böyük peşəkarlıqla, fədəkarlıqla təyyarədə olan sərnişinlərimizin üçdə birini xilas etməyi bacardılar. Mən düşünürəm ki, bu AZAL-ın fəaliyyətini qiymətləndirmək, pilotlarımızın peşəkarlığını qiymətləndirmək üçün çox ədalətli bir kriteriyadır. Məsələ ondadır ki, bu bir faciədir və Azərbaycan xalqı baş vermiş faciədən dərhal sonra necə səfərbər oldu. Azərbaycan Prezidenti öz səfərini yarımcıq qoyaraq geri döndü, dərhal müşavirə keçirdi, yaralılara yardım göstərilməsi, baş vermiş hadisənin araşdırılmaları üçün xüsusi komissiya yaradıldı".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu AZAL-a məxsus "Embraer 19" təyyarəsinin ağır qəzaya uğramasından danışarkən deyib.

Deputat qeyd edib ki, bu tragedik hadisə beynəlxalq kədərə çevrildi:

"Mən deyərdim ki, bu tragediya xarakterli hadisə beynəlxalq kədərə çevrildi, dünya ölkələrinin hər birində həssas bir mövzuya çevrildi. Amma Azərbaycandan başqa heç bir ölkədə baş vermiş qəza siyasi motivlərlə manipulyasiya edilmədi. Təəssüf doğuran budur. Çox təəssüf ki, bizdə bəzi siyasi manipulyatorlar, hətta bəzi dırnaqarası partiyalar bu məsələni tamamilə milli maraqlarımıza zidd olan və ədalətdən, haqqdan uzaq olan bir mövqedən şərh etməyə başladılar. Kimi bunu quru sərhədlərlə, kimi başqa bir səbəblə ələqələndirdi. Ona görə də mən düşünürəm ki, bu doğru yanaşma deyil. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 24-ü buna qarşı öz mövqeyini bildirdi".

Deputat iki siyasi partiyanın hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdiyini vurğulayıb:

"İki partiya - Müsavat partiyası və Azərbaycan Xalq Cəbhəsi partiyası yenə də sosial şəbəkələrdə və siyasi sistemimizdə olan manipulyatorların önündə avanqarda çevrilərək hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdilər. İnsanları süni manipulyasiya etməyə cəhd etdilər. Mənə elə gəlir ki, bu Azərbaycan vətəndaşlarına, qəzada zərərçəkənlərə, həyatını dəyişən vətəndaşlarımıza qarşı bir təxribatdır. Ona görə də mən düşünürəm ki, Azərbaycan cəmiyyətinin tam əksəriyyəti bu mövqeyi rədd edir və baş vermiş qəzanı sadəcə qəza kimi qiymətləndirir. Amma səbəblərinə gəldikdə isə əlbəttə ki, biz bilirik ki, araşdırılması ən çətin olan qəzalardan biri aviasiya qəzalarıdır. Biz əminik ki, artıq iki ölkənin yaratdığı komissiya, bir ölkənin ev sahibliyi etdiyi ekspertlərdən ibarət, xüsusən mütəxəssislər qrupu ən doğru qiyməti verəcəklər. Onda görək Azərbaycan cəmiyyətini manipulasiya etmək istəyən fəallar və siyasi partiyalar özlərində cəsarət tapıb Azərbaycan xalqından üzr istəyə biləcəklər".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri