Icma.az
close
up
RU
Müsəlman ölkəri Qurban bayramını necə qeyd edir... ADƏTLƏR

Müsəlman ölkəri Qurban bayramını necə qeyd edir... ADƏTLƏR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün dünyanın hər bir yerində yaşayan müsəlmanlar İslam dininin iki müqəddəs bayramından biri olan Qurban bayramını qeyd edirlər. Lakin Qurban bayramının qeyd edilməsi ölkədən-ölkəyə dəyişir.

Modern.az bəzi ölkələrdə Qurban bayramının necə keçirildiyini araşdırıb.

Azərbaycan

Ölkəmizdə Qurban bayramı xüsusi sevinc və coşğu ilə qeyd olunur. Bayrama görə rəsmi olaraq iki gün qeyri-iş günüdür. Birinc günü insanlar bayram namazı qılır. Bundan sonra isə qurbanlar kəsilir. Bayramda evə qonaqların gəlməsi və qonaq getmək ənənəvi hal alıb. Kəsilən qurbanlar daha çox ehtiyacı olanlara, kimsəsizlərə, yaxın qohum-əqrəbaya paylanılır. Azərbaycanda Qurban bayramında dəvə, öküz (dana), qoç kəsilir.

Türkiyə

Qardaş Türkiyədə bayramın ilk günü sabah namazının ardından qurban kəsilir.  Adətən yaxın qohumlar və dostlar birləşərək iribuynuzlu heyvan kəsirlər. Bununla da bayramın ilk gün toplu şəkildə bayramlaşma olur. Bayram günləri coşğulu keçir. Uşaqlar böyüklərdən aldıqları cibxərcliyi ilə əylənir, böyüklər isə dərdlərindən uzaqlaşıb xoş söhbətlər edirlər. Hər evdə ət bişir, qonaqlar qarşılanır və insanlar sabaha qədər sevinc içində vaxt keçirirlər.

Türkmənistan

Türkmənistanda da bayram namazından sonra qurban kəsilir. Bu ölkədə Qurban bayramı bir karnaval ab-havasında qeyd edilir. Xüsusi konsert və şənliklər keçirilir. Küçələrdə qurulan böyük yelləncəklər bayramın vazkeçilməzlərindəndir. Ənənvi geyimlərlə yelləncəkdə əyləşməyin pis düşüncələrdən təmizlənməyə kömək etdiyinə inanırlar.  

Qazaxıstan

Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstanda bayram sabahı qılınan namazın ardından məscidlərin həyətində müxtəlif tədbirlər və tarixi idman nümayişləri keçirilir. Məhz bu tədbirlər bayramını coşğusunu artırır.

İran

İranda xalq İslam təqvimi ilə Zilhiccə ayının 10-cu gününü digər müsəlmanlarla birlikdə Qurban bayramı kimi qeyd edir. Lakin ölkənin müxtəlif bölgələrində fərqli adətlər mövcuddur. Yeni paltarlar geyinmək, bayram ziyarətləri etmək, ailə böyükləri ilə görüşmək, təzə evli gəlinlərə hədiyyə aparmaq kimi adətlər İranda geniş yayılıb. Bayrama özəl olaraq xüsusi şirnilər, yeməklər hazırlanır. Bəzi bölgələrdə qurbanlıq heyvanlar bir-iki gün əvvəldə rəngli parçalarla bəzədilir.

Əlcəzair

Bu ölkədə də Qurban adətləri yaşadılmaqdadır. Qurbanlıq heyvanlar adətən bayramın üçüncü günü kəsilir. Eyni gündə xalq fərqli bölgəlrədə böyük süfrələr açır. Bu süfrələrin olmazsa-olmazı ənənəvi “məlfuf” adlı kələm dolmasıdır.

Qətər

Bu ölkədə yerləşən Katara ve Aspire Park kimi ərazilərdə interaktif nümayişlər, müxtəlif tədbirlərlə bayram şənlikləri keçirilir. Həmin şənliklərə çox sayda insan qatılır.

Malayziya

Malayziyada müsəlmanlarla buddistlər birgə yaşayırlar. Məhz bu birgəyaşayış iki fərqli inancın mədəni rituallarının bir-birinə təsir göstərməyinə səbəb olur. Bayramda küçələr və qurbanlıqlar müxtəlif formalarda bəzədilir, hətta rənglənərək nümayiş etdirilir.

Mərakeş

Bu Afrika ölkəsində Qurban “Böyük Bayram” olaraq məşhurdur. Hazırlıqlara çox əvvəldən başlanılır, insanlar yer dəyişdirirlər. İqtisadi şərait bayramını seyrinə təsir göstərir. Hökumət məmurların maaşını tez ödəyir və özəl bayram kreditləri təklif edir. Bu ölkədə ən diqqətçəkən adətlərdən biri qurbanlıqların böynuzlarının arasına xına yaxılmasıdır. Bunun uğur gətirdiyinə inanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri