Icma.az
close
up
RU
İmmunitet və zərərli adətlər

İmmunitet və zərərli adətlər

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siqaret çəkmək insanın ümumi sağlamlığına və onun immunitetinin vəziyyətinə ciddi mənfi təsir edir.

Aktiv şəkildə (həmçinin passiv şəkildə) siqaret çəkmək öz mənfi təsirini ilk növbədə ağız və burun boşluğunun selikli qişalarına göstərir. Selikli qişalar və dəri isə infeksiyalarla mübarizənin ön cəbhələridir. Zərərli mikrobları "tutmaq" üçün, immun sisteminin xüsusi qoruyucu hüceyrələri selikli qişalarda “otururlar”. Bu hüceyrələr selikli qişaya daxil olan zərərli mikrobları tutub saxlayırlar. Daha sonra selikli qişa, orada hazırlanan seliyin köməkliyi ilə, bu mikrobları əhatə edərək orqanizmdən xaric edir. Siqaret çəkilməsi ağız və burun-udlağın selikli qişalarının müəyyən dərəcədə qurumasına səbəb olur. Nəticədə onlar faktiki olaraq selikli qişa rolunu oynaya bilmir və mikroblar normada olduğu orada “bataqlığa düşərək” ilişib qalmır, əksinə selikli qişaları asanlıqla keçərək daha irəli hərəkət edir. Beləliklə, infeksiya, virus və bakteriyalara qarşı yaradılmış bu təbii maneə (selikli qişalar) dağılmış olur.

Əgər siz özünüz siqaret çəkmirsinizsə, ancaq daim siqaret çəkənlərin (iş yerinizdəki həmkarlarınız və ya evdə olanlardan kimlərsə siqaret çəkirsə) əhatəsindəsinizsə - “passiv şəkildə siqaret çəkilməsi” – tütünün yanması nəticəsində xaric olunan zərərli maddələr sizin də selikli qişalarınızı zədələyir.

Məlumdur ki, orqanizmin sağlamlığı əvvəlcədən nə qədər möhkəm olsa da, spirtli içkilərin qəbul edilməsi orqanizmin həyat fəaliyyətinin bütün sahələrinə mənfi təsir göstərərək onun sağlamlığını pozur.

Bir çoxları hələ də iddia edirlər ki, spirtli içkinin qəbul edilməsi ilə qrip və soyuqdəymənin qarşısını almaq olar. Həqiqətdə isə bu heç də belə deyil. Alkoqol bütün digər viruslar kimi qrip virusuna qarşı da iltihab əleyhinə olan təsirə malik deyil. Əksinə spirtli içkilər qəbul edənlər virus infeksiyalarına daha tez yoluxurlar.

Bütün bunlar onunla izah olunur ki, alkoqol (spirt) immun sisteminin mexanizmlərini də zədələyir. Spirtin təsiri altında anticisimlərin, interferonun hazırlanması zəifləyir, ağız suyu şirəsində, göz yaşında, müxtəlif toxumalarda antimikrob təsirinə malik olan “lizosim” maddəsinin səviyyəsi azalmış olur. Qanda alkoqolun olması limfositlərə də öz müdafiə işini icra etməyə mane olur. Nəticədə alkoqolizmə mübtəla olanlar hətta ən zəif infeksiyaya yoluxduqda belə, bu, onların orqanizmi üçün böyük təhlükə yaratmış olur. Heç kimə sirr deyil ki, onların arasında ağ ciyər iltihabından, vərəmdən, viruslu hepatitdən ölənlərin sayı xeyli çox olur. Onlar arasında xərçəng xəstəliyi də daha çox təsadüf olunur. Bunun səbəblərindən biri də onların orqanizmində immun sisteminin zəifləməsidir.

Alkoqol allergiyanın əmələ gəlməsi və inkişaf etməsinə də “kömək” edir, çünki bu zaman orqanizmin toksinlərdən azad olmaq qabiliyyəti də zəifləmiş olur. Orqanizmə daxil olan bu toksinlər qanda yığıldıqca, son nəticədə allergik reaksiyalarının baş verməsinə səbəb olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri