Icma.az
close
up
RU
Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov inzibati qaydada 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumata görə, M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) suçlu bilinib və barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Axar.az xəbər verir ki, peşəkar hüquqşünas olan və öz maarifçi çıxışları ilə çoxlarının hörmətini qazanan Müşfiq Abbasovun həbs səbəbi hazırda ən çox müzakirə olunan məsələlərdəndir və hər kəs onun hansı yanlışa yol verdiyini aydınlaşdırmağa çalışır. Bu baxımdan onun statusları da incələnir.

Ölkədən kənarda olan və hər addımda “siyasi motiv” axtarmağa çalışan bəzi şəxslərin idarə etdiyi səhifələr bu məqamdan sui-istifadə edərək, M.Abbasovun guya 16 fevral tarixində yazdığı “Dünyada müstəqil media yoxdur. Amma bizdə var)” statusunun onun həbsinə səbəb olmasını əminliklə irəli sürüblər. Guya bu sözlərlə M.Abbasov “siyasi səhvə” yol verib. Halbuki hüquqşünasın bu statusunda özünü “tam müstəqil” elan edənlərə zarafatyana bir eyham var. Bu statusu onun həbsinin səbəbi kimi göstərmək məntiqsizdir. Həm də ona görə ki, bu halda sözügedən status onun səhifəsindən silinərdi.

Adının açıqlanmasını istəməyən iki vəkil isə öz versiyalarını saytımızla bölüşüb. Onların fikrincə, bir neçə gün öncə Musavat TV-yə müsahibəsi zamanı Müşfiq Abbasovun bəzi ittihamlarla çıxış etməsi onun inzibati qaydada cəza almasının əsas səbəbi ola bilər.

Belə ki, “Epşteyn işi” ilə bağlı sualı cavablandıran sabiq müstəntiq deyir: “Guya bizim varlıların malikanəsində, bağ evlərində belə əxlaqsız cinayətlər yoxdur? Mən sizə əminliklə deyirəm ki, var”.

M.Abbasov bu cinayətlərin cəzasız qalmasının səbəbini də izah edir, bildirir ki, cinayətin üzə çıxması üçün rəsmi şikayət olunmalıdır: “Tutaq ki, hansısa nazir 3-5 qızı bağına aparıb, başına oyun açırsa, onları pul ilə susdurursa və həmin adamlar da şikayət etmirsə, axı bu məsələ cəmiyyətə aşkar ola bilməz”.

“Burada xüsusilə “mən əminliklə deyirəm ki, var” ifadəsi ciddi ittihamdır və peşəkar hüquqşünas bu ittihamı irəli sürəndə ehtiyatlı olmağa məcburdur”, - vəkil qeyd edib.

Digər tərəfdən, Azərbaycana İrandan narkotikin daxil olduğu haqda danışan M.Abbasov narkotikin Azərbaycanda dövriyyəsində xüsusilə böyük vəzifəli şəxs və ya şəxslərin “maraqlı olması” iddiasını da səsləndirir:

“İranda yaşayan adam Azərbaycanda yaşayana narkotiki çatdırır. Birinci bunun qarşısını almaq lazımdır. Hazırda ölkənin quru sərhədləri bağlıdır. Deməli, burada hansısa çox böyük vəzifəli şəxslərin haradasa maraqları var.

Bu yaxınlarda bir liman aşkar olundu. Əgər buradan qanunsuz siqaret gəlibsə, qanunsuz narkotik də gələ bilər. Bu mümkündür və danılmaz faktdır. Bax, bunun qarşısını almaq lazımdır. Gömrükdən, sərhəd xidmətinin nəzarətindən kənar kimlərsə bu işi görürsə, onlar həbs olunmalıdır. Təsəvvür edin ki, o insanlar tonlarla narkotik gətirib, insanlara paylayır”.

Vəkillərin sözlərinə görə, peşəkar hüquqşünas heç bir halda bu cür ittihamları əlində əsaslı sübutlar və faktlar olmadan səsləndirməməlidir.

Redaksiyadan qeyd: M.Abbasov “informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi”ndə ittiham olunub. Bu qanun isə daha çox informasiya resursuna sahib şəxslərə aiddir və daha fərqli istiqaməti özündə ehtiva edir.

Həmçinin qanunda informasiya resursu sahibinə yanlışı aradan qaldırmaq üçün 8 saat müddətin verilməsi də əksini tapıb.

Bu baxımdan M.Abbasovun sosial şəbəkə hesablarında canlı olaraq yayılan və tamaşaçılarla ünsiyyəti ehtiva edən çıxışları da əhatə edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Fevral 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri