Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
44 günlük Vətən müharibəsinin şəhidi Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirilib və o, doğulduğu Ağdam rayonunun Abdal kəndində torpağa tapşırılıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 1970-ci ildə Abdal kəndində anadan olan Müşfiq Abbasov 2020-ci il Vətən müharibəsində iki oğlu – Şamil və İntiqam Abbasovla birlikdə könüllü olaraq döyüşlərə qatılıb.
O, Ağdam istiqamətində aparılan əməliyyatlarda iştirak edib və 6 oktyabr 2020-ci ildə Qərvənd kəndi istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub.
Şəhid Müşfiq Abbasov sağlığında torpaqlar azad olunacağı təqdirdə doğulduğu kənddə dəfn olunmasını vəsiyyət edib. Ağdamın işğaldan azad edilməsindən sonra ailəsinin və yaxınlarının qərarı ilə onun nəşi bir müddət Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında saxlanıldıqdan sonra doğulduğu Abdal kəndinə köçürülərək yenidən dəfn olunub.
Müşfiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 12 May 2026 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















