Icma.az
close
up
RU
32 saniyəyə bir ömrün xatirəsini sığdıran şəhid Rəhim Hüseynovun son sözləri VİDEO

32 saniyəyə bir ömrün xatirəsini sığdıran şəhid Rəhim Hüseynovun son sözləri VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Rəhim Hüseynov haqqında reportaj hazırlayıb.

Rəhim Hüseynov ailənin dördüncü övladı olub. Ondan əvvəl ailədə üç oğlan uşağı dünyasını dəyişib. Buna görə də Rəhim ailəsi üçün çoxdan gözlənilən övlad olmaqla yanaşı, bütün nəslin sevimlisinə çevrilib.

Anası Həqiqət Hüseynova oğlunun uşaqlıq illərini xatırlayaraq onun erkən yaşlarından fərqləndiyini bildirib:

"Rəhim bizim dördüncü övladımızdır. Rəhimdən əvvəl üç oğlumuz tələf olub. Ona görə də Rəhim bizim üçün arzu edilən uşaq olub. Təkcə ailəmizdə yox, bütün nəslin sevimlisi olub".

Həqiqət Hüseynovanın sözlərinə görə, Rəhim 13 yaşından ailəsindən ayrı yaşamağa başlayıb. Hərbi təhsil aldığı və sonradan xidmət etdiyi illərdə onu nadir hallarda görə biliblər.

"Biz Rəhimi bir də şəhid olandan sonra tanıdıq", - deyə anası bildirib.

Mayor Rəhim Hüseynov Azərbaycan Ordusunun peşəkar zabitlərindən biri kimi müxtəlif xarici ölkələrdə ölkəmizi təmsil edib. Atası Qədir Hüseynovun sözlərinə görə, o, təxminən 30 xarici ölkədə Azərbaycan Müdafiə Nazirliyini təmsil edib və xidməti ilə bağlı həmişə xoş rəylər eşidilib.

Hərbi xidmət illərində dünyanın müxtəlif bölgələrində olan Rəhim Hüseynov beynəlxalq missiyalarda iştirak edib. O, NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiya çərçivəsində də xidmət edib.

Rəhim Hüseynovun ailəsi ilə son telefon danışığı 2020-ci il oktyabrın 17-də olub. Bacısı Rahidə Əliyeva həmin zəngin cəmi 32 saniyə davam etdiyini deyib. Bu qısa danışıq isə onun yaddaşında ömrü boyu silinməyəcək xatirəyə çevrilib.

"Axırıncı dəfə oktyabrın 17-də danışdıq. Telefon danışığımız 32 saniyə çəkdi. Rəhim özü zəng vurmuşdu və həmin 32 saniyəyə sanki bir dastan sığdırdı. Heç imkan vermədi ki, mən ondan nəsə soruşum. Həmişə, istər müharibə dövründə, istərsə də adi danışıqlarımızda ilk növbədə uşaqların təhsili ilə maraqlanırdı. Odun-alovun içində də məndən əvvəlcə uşaqların təhsilini soruşdu. Uşaqların üstündə möhkəm durmağımı tapşırdı. Özümə yaxşı baxmağımı dedi. Sanki bilirdi ki, bu, son danışığımızdır", - deyə bacısı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Oktyabr 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri