Icma.az
close
up
RU
MÜSİAD Azərbaycan və Rabitəbank İslam Bankçılığı istiqamətində əməkdaşlıq memorandumu imzalayıb

MÜSİAD Azərbaycan və Rabitəbank İslam Bankçılığı istiqamətində əməkdaşlıq memorandumu imzalayıb

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum (MOU) imzalayıb.

"APA-Economics" xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli və idarə heyəti, MÜSİAD Azərbaycanın üzvləri, Rabitəbankın rəhbərliyi, o cümlədən Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib.

Tədbirin açılışında MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli Rabitəbankla olan əməkdaşlığın genişləndirilməsi niyyətini vurğulayaraq, gələcəkdə daha çox əməkdaşlıqlara birgə imza atacaqlarına inandıqlarını qeyd edib.

Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev çıxışı zamanı İslam bankçılığı fəaliyyəti və inkişafından danışaraq, xarici investisiyaların cəlb olunması ilə bağlı ölkədə sahibkarlığın inkişafının artırılmasına diqqət çəkib.

“İslam Bankçılığı üzrə xarici investisiyaların cəlb olunması, sahibkarlığın inkişafının artırılması ehtiyaclarını qarşılamaq çox vacibdir,” - o bildirib.

Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışı zamanı Rabitəbankın 32 ildən çoxdur müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etdiyini bildirib. O qeyd edib ki, bu gün ölkədə ilk dəfə olaraq qlobal miqyasda geniş yayılan İslam Bankçılığının təməlləri qoyulub. Bu prosesdə İslam İnkişaf Bankı (IDB) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) kimi qurumlardan lazım olan rəsmi icazələr alınıb. Bank bu maliyyə alətlərini müştərilərinə təqdim etməyə davam edəcək.

Tədbirin əsas məqsədi İslam Bankçılığının Azərbaycanın maliyyə sektorunda tətbiqinin genişləndirilməsi, MÜSİAD Azərbaycanın üzvlərinin maliyyə imkanlarını artırmaq və İslam maliyyəsinin ölkədən kənarda daha geniş əhatə olunmasına təkan vermək olub.

İslam Bankçılığının Azərbaycanda inkişafı, sahibkarların yeni maliyyə həllərinə çıxışı, Rabitəbankın hədəfləri və işlərə şəffaf yanaşması geniş işıqlandırılan tədbirin yekununda bütün iştirakçılara təşəkkür edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri