MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5 ci Ümumi Yığıncaq keçirilib
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə Vətənimizin azadlığı uğunda canlarından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib, ardınca Sadiq Ramiz oğlu müqəddəs kitab Quran-i Kərimdən ayələr tilavət edib.
5-ci Ümumi Yığıncaq tədbirinin rəsmi hissəsində MÜSİAD Azərbaycanın son illərdəki fəaliyyətlərinə həsr olunmuş qısa film təqdim olunub.
MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq tədbirinin açılış çıxışı üçün MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli kürsüyə dəvət olunub. Rəşad Cabirli MÜSİAD Azərbaycanın 2-ci dönəmində görülən işlər haqqında məlumat verib.
Tədbirin rəsmi açılış hissəsində MÜSİAD Sədr müavini Səlim Başdemir çıxış edib. Səlim Başdemir MÜSİAD-ın fəaliyyəti və gələcək hədəflərindən danışıb.
Rəsmi açılış çıxışlarından sonra Ümumi Yığıncağın işinin təşkili məqsədilə Divan Heyətinin seçilməsi və səlahiyyətləndirilməsi mərhələsinə keçid olunub. Bu mərhələdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Azər Göyüşov, MÜSİAD Azərbaycanın 2023–2025-ci illər üzrə fəaliyyət dövrü və maliyyə hesabatlarını təqdim edib. Hesabat təqdimatının ardınca MÜSİAD Azərbaycanın İdarə və Nəzarət Heyətlərinin fəaliyyəti təsdiqlənib.
Ümumi Yığıncağın gündəliyinə uyğun olaraq, Yeni İdarə Heyətinin sədri və İdarə Heyətinin üzvlərinin seçilməsi məsələsinə baxılıb. Təklif olunan namizədlər barədə qərar qəbul edilib.
2025–2027-ci illər üçün fəaliyyət planı və maliyyə büdcəsinin oxunması və səsverməyə çıxarılması məsələsinə keçid edilib. Bu mərhələdə keçirilən səsvermə nəticəsində MÜSİAD Azərbaycanın 3-cü dönəm şöbə sədri Fuat Kayhan seçilib. Seçim mərhələsindən sonra Fuat Kayhan çıxış üçün kürsüyə dəvət olunub.
MÜSİAD Azərbaycanın 3-cü dönəm şöbə sədri Fuat Kayhan MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncağı tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və yeni dönəmdə fəaliyyət istiqaməti haqda məlumat bölüşüb.
Tədbirin son hissəsində MÜSİAD Azərbaycanın 3-cü dönəm şöbə sədri Fuat Kayhan və MÜSİAD Azərbaycanın 2-ci dönəm şöbə sədri Rəşad Cabirlini səhnəyə dəvət edilib. Fuat Kayhan uğurlu fəaliyyət dövrü münasibətilə Rəşad Cabirliyə öz təşəkkürünü bildirib. MÜSİAD Azərbaycanın 2-ci dönəm sədri və idarə heyətinin üzvlərinə təşəkkür plaketi hədiyyələri təqdim olunub.
MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncağının sonunda xatirə üçün ailə şəkli çəkilib, MÜSİAD Azərbaycanın əmə fəaliyyətində xüsusi əməyinə görə Səbinə Mirhəsənli və MÜSİAD Azərbaycanın bütün əməkdaşlarına təşəkkür bildirilib.
Qeyd edək ki, MÜSİAD 1990-cı ildən etibarən sahibkarları bir araya gətirən, qlobal təsirə malik beynəlxalq təşkilatdır. Dünyanın 84 ölkəsində fəaliyyət göstərən 177 şöbəsi, 70 mindən çox şirkəti və 3 milyondan artıq işçi qüvvəsi ilə iqtisadi inkişafın və sahibkarlığın gücləndirilməsi istiqamətində çalışır. Təşkilat yalnız biznesin inkişafını dəstəkləmir, eyni zamanda sosial məsuliyyət, təhsil təşəbbüsləri, qardaşlıq və əməkdaşlıq layihələri həyata keçirir. Azərbaycanda MÜSİAD Azərbaycan şöbəsi 2017-ci ildən fəaliyyət göstərir, qardaş Türkiyə ilə əlaqələri gücləndirərək, sahibkarlar arasında istiqamətləndirici körpü rolunu oynayır.
Son dörd ildə təşkilat 310 sosial fəaliyyət, 242 tədbir və 92 görüş həyata keçirərək, ölkədə sahibkarlığın inkişafına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verib.
Orxan Musabəyli, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 23 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















