Icma.az
close
up
RU
Musiqi insan beyninə necə təsir edir?

Musiqi insan beyninə necə təsir edir?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Məlum olub ki, bəzi musiqi növləri insan beyninin fəaliyyətinə təsir edərək onu gücləndirə bilər.

News24.az xarici mediaya istinadla xəbər verir ki, alimlər insanın keçmiş xatirələrinə qaytaran nostalji musiqiyə reaksiyasını araşdıraraq gözlənilməz nəticələr əldə ediblər.

Araşdırmada 18-35 yaş arası 29 gənc və 60 yaş və yuxarı 28 yaşlı insan nostalji musiqi dinləyərkən MRT testlərindən keçib. Alimlər hər bir iştirakçıdan onlarda şəxsi nostalji hissi oyadan altı mahnı seçmələrini istəyiblər.

Daha sonra onlar nəzarət qrupu üçün bəzi "tanış", bəziləri isə "yad" olan və oxşar musiqi xüsusiyyətlərinə malik mahnılar seçiblər ki, iştirakçıların beyin fəaliyyətini nostalji, tanış (nostalji hissi oyatmayan) və yad mahnılar dinləyərkən müqayisə edə bilsinlər. Bu, beyin fəaliyyətindəki fərqlərin yalnız musiqi xüsusiyyətləri və ya tanışlıqla deyil, məhz nostalji ilə izah olunmasını təmin edib.

Nəticədə məlum olub ki, nəzarət mahnılarından fərqli olaraq, nostalji mahnılar iştirakçıların beynində xeyli yüksək fəaliyyətə səbəb olub.

"Musiqinin yaratdığı nostalji, müxtəlif insanlarda və həyat boyu beyində çox aydın bir nümunə ilə əlaqəlidir.

Bu nümunə, şəxsi həyat hekayələrimiz haqqında məlumatları işləməyə və bizə zövq verən şeylərə reaksiyamızı təmin edən beyin hissələrini əhatə edir", -  tədqiqatın aparıcı müəllifi Sara Hennessi izah edib.

Bundan əlavə, məlum olub ki, yaşlı və gənc insanlar nostalji musiqiyə fərqli reaksiyalar verirlər.

"Yaşlı insanlar təkcə ümumiyyətlə musiqi dinləyərkən daha çox müsbət emosiyalar yaşadıqlarını bildirməyiblər, həm də nostalji mahnılara gənc insanlara nisbətən daha güclü beyin reaksiyası nümayiş etdiriblər", -  tədqiqatın müəllifi Erik V. Dolan bildirib.

Tədqiqatçılar hesab edirlər ki, yaşlı insanlarla bağlı əldə edilən nəticələr onların avtobioqrafik xatirələri daha çox xatırlamağa meylli olduqlarını göstərir. Bu məlumat musiqini Alzheimer xəstəliyi olan xəstələr üçün çox perspektivli terapiya vasitəsinə çevirir.

Bundan əvvəl Çin alimləri araşdırma apararaq bildiriblər ki, şokolad arıqlamağa və Alzheimer xəstəliyinin qarşısını almağa kömək edə bilər. Məlum olub ki, kakao paxlalarında olan teobromin yüksək xolesterinin yaddaş və idrak funksiyalarına təsirinə qarşı çıxa bilər./Lent.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri