Musiqiçi toydan qayıdarkən faciəvi şəkildə öldü Yenilənib Foto
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Salyanda ölümlə nəticələnən ağır qəza olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Salyan rayonunun Yolüstü kəndində “Mercedes” markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Bildirilib ki, hadisə nəticəsində həlak olan şəxs 38 yaşlı Emil Asəf oğlu Əzizovdur. Salyanın Qarabağlı kənd sakini olan Emil musiqiçi imiş. O, dünən axşam Ağcabədidə toyda iştirak edib və gecə saatlarında yaşadığı rayona qayıdarkən idarə etdiyi “Mercedes” markalı avtomobillə ağır qəzaya düşüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















