Icma.az
close
up
RU
Azərbaycan Musiqili Teatrının Qadınım tamaşası İstanbulda nümayiş olunub

Azərbaycan Musiqili Teatrının Qadınım tamaşası İstanbulda nümayiş olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 31 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə qastrolda olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İstanbulda keçirilən “7-ci Beynəlxalq Maltepe Teatr Festivalı”nda "Qadınım" tamaşası ilə çıxış edib. Tamaşa Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanıb.

Musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Tamaşa ilə bağlı AZƏRTAC-a danışan rejissor deyib: “Çıxışımız məndə çox möhtəşəm təəssüratlarla yaratdı. İstər tamaşaçının isti reaksiyası, istərsə də sonda aldığımız alqışlar olduqca gözəl hisslər oyatdı”.

Akademik Musiqili Teatrının Türkiyədə mütəmadi olaraq səhnəyə çıxdığını xatırladan rejissor bu tamaşanın bundan əvvəl qardaş ölkənin Konya şəhərində keçirilən teatr festivalı çərçivəsində oynandığını və oradan da gözəl təəssüratlarla qayıtdıqlarını bildirib.

Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. “Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət” prinsipi əsasında qurulan tamaşa dərin fəlsəfi məna çalarlarında təqdim edilib.

Türkiyənin retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak ediblər.

Əsərin plastik həllindən məsul Əməkdar artist Nigar Şahmuradova eyni zamanda tamaşada aktrisa kimi də çıxış edib.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri