Icma.az
close
up
RU
Musiqiyə dərin sevgi, sənətə böyük ehtiram

Musiqiyə dərin sevgi, sənətə böyük ehtiram

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


23 aprel 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan muğamı” layihəsi çərçivəsində keçirilən “Muğam dəstgahları” panelində “Çahargah” dəstgahı muğamsevərlərə təqdim olundu.
Gecədə istedadlı ifaçılar Anar Quliyev, Sadiq Qasımov və Vüsal Qasımovu tarda – Kamal Nuriyev, kamançada – Oqtay Şərifov, balabanda – Rafael Əsgərov, nağarada isə – Amil Mustafayev müşayiət edirdilər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Sahib Paşazadə gecənin mahiyyəti, “Muğam dəstgahları” layihəsinin əhəmiyyəti barədə danışaraq, Çahargah muğamı haqqında dinləyicilərə ümumi bir mənzərə təqdim etdi.
İfaçılardan hər biri öz sənət üslubu ilə seçilirdi. Sadiq Qasımovun ustadı Arif Babayevin yoluna əsaslanan xırdalıqları, ürəyə yatımlı bəmxanı; Vüsal Qasımovun parlaq zil zəngulələri və Anar Quliyevin güclü, geniş diapazonlu səsi dinləyicilərin xüsusi diqqətini çəkirdi. Müşayiət edən instrumental ansamblın ifası da konsertin uğurunda mühüm rol oynadı. Xüsusilə tarla kamança arasında qurulan musiqi dialoqları Çahargahın harmonik zənginliyini daha da ön plana çıxarırdı.
Konsertin proqramında yer alan təsniflər isə gecəyə xüsusi emosional çalar qatdı. Bu təsniflər dinləyici ilə musiqi arasında duyğusal bir körpü yaratdı. Onlardan sonra yenidən muğamın dərinliklərinə qayıdıldı və konsert ənənəvi muğam xətti üzrə davam etdi.
Proqramın yaddaqalan məqamlarından biri də artıq öz ifaçılıq üslubu ilə tanınan Anar Quliyevin interpretasiyasında Mənsuriyyənin təqdimatı idi. Məhəmməd Füzulinin qəzəli əsasında səslənən bu təsnif, zəngin səs imkanları və geniş diapazonla ifa edilərək konsertin kulminasiya nöqtələrindən birinə çevrildi. Sahib Paşazadənin təqdimatında bu təsnifə öncədən xüsusi vurğu edilməsi, ifa haqqında yüksək gözləntilər yaratmış, nəticə isə bu gözləntiləri doğrultmuşdu.
Konsertin sehrli axşamında tamaşaçı reaksiyaları da diqqətdən yayınmadı. Zalda əyləşən balaca bir uşaq dərhal diqqətimi çəkdi. Yaşının az olmasına baxmayaraq, gözlərindəki parlaqlıq və qəlbindəki həyəcanla o, sanki bu konserti təkcə izləmir, onun bir parçasına çevrilirdi. Bu baxışlarda musiqiyə dərin sevgi, sənətə böyük ehtiram hiss olunurdu.
Sonradan məlum oldu ki, bu uşaq ifaçı Sadiq Qasımovun tələbəsidir. Elə bu anda hər şey yerli-yerinə oturdu. Səhnədə ustadının sənət yolunu inamla davam etdirən bir ifaçı, onun yaratdığı ilhamla yaşayan gənc bir şagird – bu mənzərə üç nəslin arasında qurulan görünməz, lakin dərin bir mənəvi körpünün bariz təcəssümü idi..
Ümumi mənzədədə muğamın hər dramatik dönüşündə zalda sükut hökm sürür, ifaların sonunda isə gur alqışlar səslənirdi. Çahargah dəstgahının uğurlu ifası, şübhəsiz ki, yalnız musiqi hadisəsi deyildi – bu, həm də fəlsəfi və mədəni bir dəyərin təcəssümü idi. Bu gecə bir daha sübut etdi ki, muğam canlı sənətdir – hər ifada yenidən doğulur və hər dinləyicidə özünəməxsus iz buraxır.
Azərbaycan Milli Konservatoriyasının Musiqişünas tələbəsi, AMK Tələbə Elmi Cəmiyyətinin üzvü Mirleyla Ağalarova
Newscenter.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri