Icma.az
close
up
RU
Musiqiyə qulaq asanlara əxlaqsız deyən dindara ilahiyyatçıdan tutarlı CAVAB

Musiqiyə qulaq asanlara əxlaqsız deyən dindara ilahiyyatçıdan tutarlı CAVAB

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə özünü dindar kimi təqdim edən Rəşad Hümbətov adlı şəxsin yaydığı video müzakirə və etiraza səbəb olub. 

O, çıxışında qeyd edir ki, musiqiyə qulaq asan zinakardır, əxlaqsızdır: 

“Musiqiyə qulaq asan narkotik də çəkir. Musiqi insanı Allahdan uzaq salır”. 

Bu çıxış ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

İlahiyyatçı Tural İrfan “Cebheinfo.az”-a bildirib ki, musiqi barədə Quranda konkret qadağa, yaxud buna təşviq yoxdur: 

“Sadəcə, alimlər tərəfindən bəzi ayələrdən buna münasibət çıxarılır və Peyğəmbərdən nəql edilən bir sıra hədislər var. Bu hədislərin də İslamın zühurundan 200-300 il sonra əsasən də fars müəlliflər tərəfindən qələmə alınmasını və əksəriyyətinin də Quranla ziddiyyət təşkil etdiyini nəzərə alsaq, musiqi haqda olan o rəvayətlərə çox da etibar edə bilmərik. Quran İsrafil adlı mələyin Qiyamətə start verərkən sur, yəni nəfəs aləti çalacağından bəhs edir. Musiqi haram olsaydı, Allah Qiyamət gününü musiqi aləti ilə başlatmazdı. Övliya Çələbi yazır ki, Musa Peyğəmbər çobanlıq edərkən tütək çalardı. 

Eyni zamanda, Həzrət Davud məzmurlar, yəni nəğmələr oxuyarmış. Həzrəti Məhəmməd Məkkədən Mədinəyə hicrət edəndə şəhər əhalisi onu dəf, qaval, ney sədaları altında nəğmələrlə qarşıladı və Peyğəmbər onlara irad bildirmədi”. 

İlahiyyatçı bidirib ki, İslam dinində haram və harama yol açan musiqilər qadağandır:

“İbn Rüşd, İbn Sina kimi böyük İslam filosofları musiqinin insan mənəviyyatına, səhhətinə müsbət təsirindən bəhs ediblər. Azan və Quran da bir növ notlar, məqamlar üstündə oxunur ki, bu da musiqinin bir növüdür. Böyük İslam alimi Əl Fərabinin musiqi və onun fəlsəfəsi haqqında yazdığı məşhur əsəri var. Ruha, mənəviyyata, insan psixologiyasına müsbət təsir edən musiqi əslində ibadət kimidir.

Musiqiçilər heç vaxt Rəşad Hümbətovun əqidədaşları kimi yer üzündə fəsad, terror törətməyiblər. İŞİD üzvlərinin hamısı müsiqini haram hesab edənlər idi. Bir xalqı, bir milləti dünyada tanıdan məqamlardan biri də onun musiqisi, mədəniyyəti və incəsənətidir. Xalq, millət, dövlət dünyada Rəşad Hümbətov kimilərlə tanınmır, öz elmi, mədəniyyəti, folkloru, müsiqisi ilə tanınır”. 

İlahiyyatçının sözlərinə görə, faydalı və milli müsiqi İslam dinində haram deyil:

“İnsanları günaha, əxlaqsızlığa sövq edən musiqilər, mənəviyyata, əxlaqa zidd sözləri olan nəğmələr, mahnılar  günah sayılır. Musiqidən uzaq olanlar daxilən daha sıxıntılı və aqressiv, radikal düşüncəli olurlar. Musiqi insanın bəzi hisslərini nizama salır, daxili duyğularını nizamlayıc təsir göstərir. Hətta bəzi ölkələrdə inəklərin yaxşı süd verməsi üçün sağım zamanı onlara fermada musiqi dinlədirlər. Bu, bir təcrübənin nəticəsidir. Əsl əxlaqsızlıq bir xalqın mədəniyyətinin tərkib hissəsi olan musiqi sənətini təhqir etməkdir.

Azərbaycan Himni də musiqidir. Onu dinləyirik, oxuyuruq. Rəşad Hümbətov bu sözlərlə dövlət əleyhinə böyük təxribata yol verib. Düşmən üstünə gedərkən ordumuza ruh verən əsgər marşları da musiqi üstündədir. Peyğəmbər dövründə musiqi alətləri olmasa belə, döyüş zamanı rəcəzlər, şeirlər, nəğmələr şəklində ifa olunub. Ümumiyyətlə, incəsənətdən, elmdən, mədəniyyətdən, musiqidən insanları uzaqlaşdırmaqla cəmiyyəti xurafata, geriliyə, cahilliyə sürüyürlər. Musiqini kim anlamırsa, özü bilər.

Amma onu dinləyənləri təhqir etmək haqqı ola bilməz. Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov kimi dünya miqyaslı korifeylərimiz sayəsində dünya mədəniyyətində ölkəmizi tanıtmışıq. 

İndi bu gün hansısa biri xalqın mənəvi sərvətinə dil uzada, musiqi dinləyənləri təhqir edə bilməz. Onu kimiləri xaricdə yetişdirib xalqın milli dəyərlərinə, ənənəvi inancına qarşı təbliğat aparmaq məqsədi ilə göndəriblər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri