Musiqiyə yüksək səs verən qadın öldürüldü Türkiyədə + FOTO
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə maşında musiqiyə yüksək səs verən iki qadın bçaqlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Zonquldakın Gökçebey rayonunda baş evrib.
Məlumata görə, 22 yaşlı F.B. və 24 yaşlı Dilarə Y. adlı iki qadın Çarşı məhəlləsində avtomobildə yüksək səslə musiqi dinləyərkən 33 yaşlı S.S (adı açıqlanmır-mia.az) onlarla yaxınlaşaraq irad tutub.
Lakin 33 yaşlı şəxsin iradını rədd edən qadınlar səsi bir az da qaldıraraq ətrafı, o cümlədən yaşayış binası sakinlərini narahat etməyə başlayıb:
DİLARƏ
"Bundan sonra evindən bıçaqla düşən S.S hər iki qadına zərbələr endirib. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Dilarə Gökçebey Dövlət Xəstəxanasına həyatla vidalaşıb. Çaycuma Dövlət Xəstəxanasına köçürülən F.B.-nin həyatına təhlükə sürür..."
Məlumata görə, S.S. saxlanılıb. O, ilkin ifadəsində musiqi səsinin onu narahat etdiyini deyib: "O qədər yüksək səs verilmişdi ki, artıq evimizdə oturmaq mümkünsüz idi. Əsəbimi cilovlaya bilmədim, olan da oldu..."
Firudin Səfərli
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















