Türkiyədə azərbaycanlı qadın küçənin ortasında öldürüldü FOTO/VİDEO
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə azərbaycanlı qadın küçənin ortasında sevgilisi tərəfindən qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında bildirilib.
Məlumata görə, Sakaryanın Adapazarı rayonunda səhər saatlarında işə getmək üçün evdən çıxan 32 yaşlı Şəlalə Mirzəli küçənin ortasında silahla hücuma məruz qalıb. Hadisəni onun 3 aylıq sevgilisi A.A. törədib.
Hadisə nəticəsində ağır yaralanan Şəlalə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Hücumu həyata keçirən A.A.-nın hadisədən sonra silahı ilə qaçdığı anlar ətrafdakı təhlükəsizlik kameralarına düşüb. Görüntülər sayəsində polis əməkdaşları şübhəlini yaxalayıb.
Aparılan araşdırmalar zamanı Şəlalə Mirzəlinin ərindən təxminən 8 ay əvvəl boşandığı və bir uşaq anası olduğu öyrənilib. Şəlalənin sevgilisi A.A. ilə son zamanlar tez-tez mübahisə etdiyi məlum olub.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















