Mustafa Aşurovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin yubiley tədbiri keçiriləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə orkestrin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin əsərləri səsləndiriləcək.
Proqramda Azərbaycan muğam sənətinin nadir incilərindən sayılan “Zabul Segah” və “Bayatı Kürd” dəstgahları səsləndiriləcək. Konsertdə xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Nisbət Sədrayeva və Hüseyn Məlikov çıxış edəcəklər.
Bu cür tədbirlərin keçirilməsi gənc nəslin milli musiqi irsinə marağının artırılması və muğam sənətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 ili tamam olur. İl ərzində yubiley ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















