Bəqai: İran ABŞ ilə danışıqların bərpası üçün diplomatik yolları araşdırır
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İran ABŞ ilə gərgin münasibətlərin nizamlanması üçün diplomatik yolları nəzərdən keçirir.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib.
"İran ABŞ ilə gərginliyin aradan qaldırılması üçün müxtəlif diplomatik proseslərin detallarını nəzərdən keçirir", - o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, İran tərəfi nüvə sazişi ilə bağlı danışıqların yenidən başlanması məqsədilə etimadın gücləndirilməsi üçün sanksiyaların ləğv olunmasını tələb edir.
"Sanksiyaların ləğvi bizim üçün istənilən qarşılıqlı diplomatik fəaliyyət çərçivəsində əsas və qaçılmaz prioritet olacaq", - Bəqai qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Tehran yaxın günlərdə bu məsələdə nəticələrin əldə olunacağına ümid edir./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Fevral 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















