Icma.az
close
up
RU
Mustafayev Zəngəzura, Qriqoryan Zəngilana gəlibmiş Görüşün DETALLARI

Mustafayev Zəngəzura, Qriqoryan Zəngilana gəlibmiş Görüşün DETALLARI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin görüşü barədə yeni detallar açıqlanıb.

Modern.az-ın məlumatına görə, Qriqoryanın ofisi “Azadlıq” radiosuna cavabında bildirib ki, görüş ötən həftə iki ölkənin mərkəzi hökumət strukturlarının iştirakı ilə sərhədyanı bölgədə baş tutub.

Görüşdə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub

Məlumata görə, iclas Sünik vilayətinin (Zəngəzur) və Zəngilan rayonunun cənub hissələrində təşkil olunub. Tərəflərin nümayəndə heyətlərinə məhz sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərinə cavabdeh komissiyaların üzvləri daxil edilib. Burada müdafiə nazirlikləri, milli təhlükəsizlik qurumları, xarici işlər və ərazi idarəetmə orqanlarının rəsmiləri iştirak ediblər.

Görüşün gedişatı və nəticələri barədə geniş açıqlama verilməsə də, Qriqoryanın ofisi yalnız bunun “işçi müzakirələrin davamı” olduğunu bildirib. Hələlik növbəti görüşün harada və nə vaxt keçiriləcəyi barədə dəqiq məlumat yoxdur, bu məsələ gündəlikdədir.

Qeyd edək ki, görüşdə bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see249

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see168

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see165

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see119

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri