Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Yeni müstəmləkəçilik sivil dünya üçün həqarətdir

Yeni müstəmləkəçilik sivil dünya üçün həqarətdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı Təşəbbüs Qrupu isə dekolonizasiya prosesinin lokomotividir 

Fransa keçmiş müstəmləkələrini formal olaraq “azad” elan etsə də, onları iqtisadi, siyasi və mədəni asılılıqda saxlamağa davam edir. Bunun bariz nümunəsi Sakit okeanda yerləşən Yeni Kaledoniyadır. Kanak xalqı onilliklərdir müstəqillik tələb edir. Məsələ ilə bağlı referendumlar keçirilsə də, nəticələr ya manipulyasiya olunub, ya da Parisin inzibati təsirinə məruz qalıb. İqtisadi asılılıq “yardım paketi” adı ilə saxlanılır, xalqın etirazı isə polis zorakılığı ilə yatırılır. Bu səbəbdən neokolonializmə qarşı çıxmaq ümumbəşəri ədalət məsələsi sayılır. 

Azərbaycan bu məsələdə prinsipial mövqe ortaya qoyan dövlətlərdəndir. Ölkəmiz həm regional maraqlarını müdafiə edir, həm də qlobal miqyasda ədalət uğrunda mübarizə aparır. Rəsmi Bakının mövqeyinin ən real ifadəsi Bakı Təşəbbüs Qrupudur (BTQ). Bu format müxtəlif beynəlxalq tədbirlərdə, BMT platformalarında Fransa kimi dövlətlərin neokolonial siyasətini ifşa edir. Dövlətimiz bu yolla, kanaklılar daxil olmaqla, bir çox xalqların haqq səsini dünyaya çatdırır. Bu barədə daha ətraflı məlumat almaq üçün BTQ-nin icraçı direktoru Abbas Abbasov ilə həmsöhbət olduq.

– Abbas müəllim, Yeni Kaledoniyanın iqtisadi və sosial bərabərliyinin qorunması üçün nə lazımdır? 

– Fransa hökuməti həmişə bəyan edir ki, yeni Kaledoniya bizim ərazimizdir və burada yaşayanlar fransız xalqıdır. Amma onların həm sosial, həm iqtisadi vəziyyətləri yerli xalqdan xeyli fərqlənir. Artıq Yeni Kaledoniyanın özünün siyasi partiyaları, qeyri-hökumət təşkilatları, ekspertləri tərəfindən də mövcud sosial, iqtisadi çətinliklər açıq şəkildə dilə gətirilir. Bakı Təşəbbüs Qrupu yarandığı gündən qlobal müstəvidə, fərqli beynəlxalq təşkilatlarda reallığı geniş ictimaiyyətin diqqətinə çatdırmağa başladı. Bunlar bir sıra hesabatlarımızda, araşdırmalarımızda öz əksini tapdı. Beynəlxalq institutlara tövsiyələrimiz hər zaman ilk növbədə ondan ibarət olub ki, sosial iqtisadi fərq aradan qaldırılsın. Yeni Kaledoniya BMT-nin dekolonizasiya edilməli əraziləri siyahısındadır. Afrika qitəsində yeni kolonial siyasət tətbiq edilməyə başlanılıb. Amma təəssüf ki, keçmiş müstəmləkələrin maliyyə bazarları, iqtisadiyyatı yenə də Fransa tərəfindən istismar edilir, yerlərdə Fransa şirkətləri fəaliyyət göstərir, frank tətbiq olunur. Ümid edirəm ki, Yeni Kaledoniyada bu baş verməyəcək. Artıq onlar yeni dövlət, yeni bir ölkə olacaq. 

– Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsini dünya ictimaiyyətinə necə çatdırır?

– Onu deyim ki BTQ-nin atdığı bütün addımlar beynəlxalq hüquqa uyğun formada həyata keçirilir. Dənizaşırı ərazilərdə fəaliyyət göstərdiyimiz, əməkdaşlıq qurduğumuz təşkilatlarda da hər zaman bu prinsipi gözləyirik. BTQ qurulandan və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən öncə müstəmləkələr problemlərini dünya ictimaiyyətinə çatdıra bilmirdilər. Çünki proses hüquqi tənzimləmə tələb edirdi. Fransa hökuməti isə media prizmasından bu prosesi əngəlləyirdi. Ona görə də Bakı Təşəbbüs Qrupu olaraq bu ərazilərdəki cari problemləri və tətbiq edilən müstəmləkəçilik siyasətini BMT-də, onun qurumlarında, beynəlxalq konfranslarda dünya ictimaiyyətinə çatdırdıq. Nəticədə BTQ beynəlxalq hüquq alətlərindən düzgün istifadə etməklə problemlərdən dünya ictimaiyyətini agah etdi, media vasitəsilə bunu işıqlandırıldı. Proses çərçivəsində yenə də rəsmi Parisin dezinformasiyalar yaydığının şahidi olduq. Amma hər bir halda məkrli planların heç biri dekolonizasiya prosesinə verdiyimiz töhfənin qarşısını ala bilmədi. BTQ, həmçinin müstəmləkə ərazilərində azadlıq hərəkatlarına dəstək olur, həmin xalqlarla memorandumlar imzalayır, əməkdaşlıq qururuq. Amma fəaliyyətimiz siyasi müstəvidə yekunlaşmır, həm də ətraf mühit, təhsil, səhiyyə məsələləri üzrə layihələr həyata keçiririk. Təkcə COP29 ərəfəsində BTQ-nin 6 beynəlxalq tədbiri baş tutmuşdu. 

– Dekolonizasiya uğrunda mübarizədə üzləşdiyiniz ən böyük çətinliklər hansılardır və buna qarşı nə edirsiniz?

- Ümumiyyətlə, dekolonizasiya prosesi çox mürəkkəbdir və burada müəyyən reallıqları qəbul etmək lazımdır. BMT-nin C-24 komitəsi və onun qətnamələri hələ də yerinə yetirilmir. Fransa hökuməti yenə də müəyyən proseslərə müdaxilə edir və bu da bir sıra çətinliklər yaradır. Oxşar problem İkinci Dünya müharibəsindən sonra da müşahidə olunub. 1960-cı illərdə 1514 nömrəli qətnamə qəbul edildikdən sonra təşkilatda fəal bir faza başladı və bir sıra Afrika ölkələri 60-70-ci illərdə öz müstəqilliyini əldə edə bildilər.  Daha sonra bir yavaşıma oldu. Bu faza dayandı və artıq təbii olaraq müstəmləkəçilikdən zərər çəkən xalqlar yenidən mübarizəyə başladılar. Amma Yeni Kaledoniya onilliklərdir ki, bu bəladan qurtula bilmir. Amma onların şansı böyükdür, çünki adları BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısındadır. Bakı Təşəbbüs Qrupunun prosesə ən böyük töhfəsi ondan ibarətdir ki, artıq həm beynəlxalq təşkilatlar, həm də dünya ictimaiyyəti bu ərazilərlə bağlı kifayət qədər məlumatlıdırlar. 

– Siz Matinyon, Numea və Bujival sazişlərinin Yeni Kaledoniyada dekolonizasiya prosesinə əngəl törətməsi barədə Bəyanat da yaymısınız. Reaksiya necədir? 

– Bu məsələdə Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dəstəyi özünü göstərdi. Təbii ki, Yeni Kaledoniya daxil olmaqla, Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirən dənizaşırı ərazilərin də dəstəyi müşahidə olundu. Əfsuslar olsun ki, yenə də Fransanın təsiri bəzi beynəlxalq institutların yanaşmasında özünü göstərdi. Bəziləri sözdə prosesə töhfə verməkdə maraqlı olduqlarını desələr də, işdə heç bir irəliləyiş görmədik. Amma BTQ sözügedən istiqamətdə işləri davam etdirir. Prezident İlham Əliyev dəfələrlə fərqli beynəlxalq platformalarda bu məsələni gündəmə gətirib və beynəlxalq aləmin neokolonializmlə mübarizəyə töhfə verməsinin vacibliyini vurğulayıb. Bu, asan məsələ deyil və yaxın zamanda həyata keçirilə bilməz. Amma BTQ-nin qısa müddət ərzində çox böyük nailiyyətləri oldu. 

– Bəs BTQ bu istiqamətdə yaxın gələcəkdə daha hansı işləri görməyi planlaşdırır?

– 2024-cü ildə biz beyin mərkəzi olaraq fəaliyyətə başladıq. Ötən dövrdə 11 hesabat dərc edildi. Bu hesabatların bir qismi BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları Komitəsində təqdim olunub və mühüm nəticələr doğurub. Məsələn, İnsan Hüquqları Komitəsinə təqdim etdiyimiz alternativ hesabatda Yeni Kaledoniya və Fransız Polineziyasındakı vəziyyət xüsusi yer alıb. Nəticədə Komitə Fransadan əlavə hesabat tələb edib və sual ünvanlayıb ki, nəyə görə Yeni Kaledoniyada ordu yerləşdirilib, silahlı qüvvələr geri çəkilməyib. Məhz bizim 2024-cü ildə apardığımız fəaliyyət nəticəsində onlardan rəsmi hesabat tələb olundu. Bununla yanaşı, biz kitab nəşr edərək ictimaiyyətin diqqətinə çatdırdıq, beyin mərkəzi olaraq fəaliyyətimizi daha da genişləndirdik. 

2024-cü ilin iyulunda ilk dəfə kolonializmə qarşı mübarizə aparan bütün müstəqillik hərəkatlarını və siyasi təşkilatları bir araya gətirdik. İki gün davam edən qurultayda 17 təşkilat iştirak etdi və yekdil qərarla Beynəlxalq Dekolonizasiya Cəbhəsi təsis olundu. Artıq Bakı dekolonizasiya prosesinin əsas mərkəzlərindən birinə çevrildi. 

Gələcək planlarımıza gəldikdə isə onların arasında alternativ hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim olunması dayanır. BMT və digər qurumlar səviyyəsində bu ərazilərin müstəqillik əldə etməsinə qədər dəstəyimiz davam edəcək. 

Onu da qeyd edək ki, 2023-cü ilin iyulunda təsis edilən Təşəbbüs Qrupu ilkin mərhələdə beynəlxalq konfranslar təşkil edən birlik kimi fəaliyyətə başladı. Bu il bir elmi konfrans keçirildi, BMT ekspertləri, xüsusi məruzəçilər, diplomatlar və tanınmış alimlər bu prosesə qoşuldular. Bu təşəbbüsün  nəticəsi olaraq dekolonizasiya üzrə elmi mübarizə platforması təsis edildi. Məqsəd yalnız siyasi deyil, həm də akademik tədqiqatlar, arayışlar və elmi araşdırmalar vasitəsilə dekolonizasiya prosesinə töhfə verməkdir. Hazırda BTQ-nin qarşıdakı illər üçün planları hazırdır. 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində yeni planlarımız barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Söhbəti hazırladı:
Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see275

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see243

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see242

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see234

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see226

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see225

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see224

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see209

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see204

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see203

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see202

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see198

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see193

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see190

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see187

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see181

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see181

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see169

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri